From Wikipedia, the free encyclopedia
Kiçik Ayaks (q.yun. Αἴᾱς, daha dəqiq Eant Oilid) — qədim yunan qəhrəmanı[1], lokrlar padşahı Oiley və nimfa Renanın oğlu[2]. Boy və güc baxımından Troya müharibəsinin digər iştirakçısı Ayaks Telamoniddən (Böyük Ayaks) aşağı olduğu üçün Kiçik Ayaks ləqəbini aldı. İliadanın əhəmiyyətli qəhrəmanlarından biridir və adı Odisseydə çəkilir.
Kiçik Ayaks | |
---|---|
q.yun. Αἴᾱς | |
Cinsi | kişi |
Atası | Oiley |
Anası | Eriopis |
Vikianbarda əlaqəli mediafayllar |
"İliada" əsərində hər iki Ayaks (Telamonid və Oilid) tez-tez yan-yana döyüşürlər. Çox ehtimal ki, əvvəlcə hər iki Ayaks bir bütöv mifoloji obrazı yaradırdılar, hansı ki sonradan müəyyən bir dəyişikliyə məruz qaldı (başqa bir fərziyyəyə görə, Eant Oilid əvvəlcə Axillesin bənzəri idi).
O, Yelenanın adaxlısı idi.[3] Troya müharibəsi zamanı Lokridadan (Mərkəzi Yunanıstan) gələn yığma qoşunun başçısı idi. Troyaya qarşı 40 gəmi gətirmişdir[4] (və ya 20[2]).
Homerə görə, yunan ordusunda Ayaks Oilid ən cəsur qəhrəmanlardan biri və bacarıqlı nizə atan sayılırdı və sürətinə görə yalnız itiayaq Axillesdən geri qalırdı. Onun döyüşçüləri həm oxatan, həm də sapandçı kimi məşhur idilər. Gümrah və cəsarətli xasiyyəti ilə tanınırdı.
"İliada"da" 2 troyalını öldürmüşdür. Giginə görə, Qarqas və Polidomant adlı şəxsləri öldürmüşdür.[5] Cəmi 24 döyüşçü öldürmüşdür.[6] Axillesə həsr olunmuş cənazə oyunlarında qaçış[7] və ox atma[8] yarışlarında iştirak etdi. Troya atının içində oturmuşdur.[9]
Troya süqutundan sonra Eant Oilid Afina məbədinə daxil oldu, orada o, tanrıçanın heykəlindən qorunma istəyən Kassandranı görüb, onu heykəldən ayırdı və təcavüz etdi.[10] Homer bu epizoddan birbaşa bəhs etmir.
Bu hərəkətinə görə ellinlər onu öldürmək istəyirdilər (Arktinə görə, daşlamaq üsulu ilə), amma o, qurbangahın qorunmasına müraciət etdi və ona rəhm etdilər.[11] Padşahların iclası vaxtı[12] Odissey onu daşqalaq etməyi məsləhət gördü[13], ancaq Ayaks özünü yalançı bir andla qurtardı[14]. Kiçik Ayaks Poliqnotun rəsm əsərində təsvir olunmuşdur, orada o, Delfi şəhərində Troyanın ələ keçirilməsində iştirak edənlər arasında qurbangahın yanında dayanır, əlində qalxanı var Kassandra və Atridanın yanında and içmə mərasimində iştirak edir.[15]
O, Afina və Poseydonun hökmü ilə öldü.[16] Geri qayıdan zamanı Eantın gəmisi Euboea sahillərində fırtınaya düşdü və bu zaman Afina Eantın gəmisinə perun atdı. Bunların hamısı Kaferey qayalarının yaxınlığında baş verirdi, Ayaks müvəqqəti Girey qayasında sığındı.[17] Gəmi dağıldı, Eant qayaya tutunaraq xilas oldu. Poseydon üçbaşlı əsa ilə qayanı yardı və Eant dənizə düşərək öldü. Onun cəsədini Fetida Mikonda dəfn etdi.[18]
"Odisseya"da" deyilir ki, Eant evinə qayıdanda Poseydon onun gəmilərini qayalara çırparaq dağıtdı, lakin Eant xilas olundu və qayalara yapışaraq, tanrıların iradəsi ilə sağ qaldığına dair öyünməyə başladı. Onda Poseydon üçbaşlı əsa ilə qayanı yardı və Eant dənizə düşərək öldü.
Sonradan lokrlar Eantın döyüşdə onlara kömək etdiyinə inanırdılar.[19] Lokrlar hər il dənizə qara yelkənli gəmi göndərirdilər və yandırırdılar.[20]
Ayaks Oilidin taleyindən ilhamlanıb Sofoklun "Lokrlu Eant" adlı faciə əsərini yazdı, lakin əsər günümüzə qədər gəlib çatmadı.
Məcazi mənada "iki Ayaks" ayrılmaz dostlar deməkdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.