Yaponiyalı siyasətçi From Wikipedia, the free encyclopedia
Katsumaro Akamatsu (赤松 克麿, Akamatsu Katsumaro?, 4 dekabr 1894 və ya 1894[1], Yamaquçi prefekturası – 13 dekabr 1955 və ya 1955[1]) – Yaponiya proletar milliyyətçisi, siyasi lider.
Katsumaro Akamatsu 1894-cü ildə Yaponiyanın Yamaquçi prefekturasında doğulmuş,[2] 1919-cu ildə Tokio Universitetindən məzun olmuşdur.[3]
Akamatsu fəaliyyətinə jurnalist kimi başlamışdır. "Minshu Shimbun" qəzetinin redaktoru işləmişdir.[2] Daha sonra 1922-ci ildə Yaponiya Kommunist Partiyasına qatılmış,[4] Yaponiya Əmək Partiyasında və 1923-cü ildə qurduğu Sosialist Xalq Partiyasında fəaliyyət göstərməyə başlamışdır. 1931-ci ildə baş verən Mancuriya insidentindən sonra dövlət sosializmini müdafiə edən Sosialist Xalq Partiyasından ayrılmış, nasionalizmə meyil etmişdir.[2] 1932-ci ildə Yaponiya Dövlətinin Sosialist Partiyasını qurmuşdur.[4]
Ənənəvi vətənpərvərliyə keçən Akamatsu 1933-cü ildə Kokumin Kyokay (azərb. Milliyyətçi Assosiasiya) təşkilatını yaradaraq imperatorun ilahiliyini müdafiə etməyə və milliyyətçiləri birbaşa hərəkətə keçməyə səsləmişdir.[2] 1937-ci ildə Yaponiya parlamentinə seçilmiş[3] və Yaponiya İslahat Partiyasının rəhbəri olmuşdur.[2]
1940-cı ildən İkinci Dünya müharibəsinin sonuna kimi İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının planlaşdırma bölməsində işləmişdir.[3] Çində xidmət göstərmiş, Yaponiya militarizmini dəstəkləmişdir.[4] Müharibədən sonra siyasətdə iştirakına qadağa qoyulmuşdur.[2] Kiçik bacısı Tsuneko Akamatsu Yaponiya parlamentinin Müşavirlər palatasında fəaliyyət göstərmişdir.[3]
"Yaponiyada həmkarlar ittifaqı hərəkatının inkişaf tarixi" və "Yaponiya sosial hərəkatın tarixi" əsərlərinin müəllifi olmuşdur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.