Kasax bazilikası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan – Gümrü şose yolunun üstündə yerləşən qədim türk[1][2] məbədi.
Kasax bazilikası | |
---|---|
Սուրբ Խաչ եկեղեցի | |
40°35′36″ şm. e. 44°21′24″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Şəhər | Abaran |
Yerləşir | Araqacotn mərzi |
Aidiyyatı | EQK |
Tikilmə tarixi | IV-V əsrlər |
Vəziyyəti | fəaliyyət göstərir |
Ermənistanda qeydiyyata alınmış abidələr | |
İstinad nöm. | 2.2/2.1 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir.
Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948-ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir və bu ərazilərin hələ miladdan əvvəlk dövrlərdən türklərin vətəni olması haqqında mənbələrdə çoxlu məlumatlar vardır. Belə ki, mixi yazılı kitabələr, eləcə də antik müəlliflər məhz bu ərazilərin sakini olan sak – skif – massaget tayfalarının tez – tez Urartuya yürüşlər etməsindən bəhs edir.[3] Abaran rayonuna ilk ermənilərin gəlişi 1829 – 1830-cu illərə təsadüf edir. Həin vaxt 56 erməni ailəsi Türkiyədən köçürülərək burda məskunlaşdırılmışdır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.