Karl Renner — Avstriya Sosyal-Demokrat Partiyasının qurucusu və Avstriyanın ikinci cumhuriyyətinin ilk prezidentidir. Əvvəllər parlament kitabxanasında calışırdı. Sosyaldemokratlara qatıldıqdan sonra dostları ilə birlikdə Avstriya Marksizminin önəmli təmsilçisi halına gəldi. Avstriya-Macarıstan impersiyasının federal şəkildə yenidən qurulmasını müdafiə etmişdi.
Karl Renner | |
---|---|
Karl Renner | |
| |
20 Dekabr 1945 – 31 Dekabr 1950 | |
Əvvəlki | Vilhelm Miklas |
Sonrakı | Teodor Körner |
Şəxsi məlumatlar | |
Doğum adı | Carl Renner |
Doğum tarixi | |
Doğum yeri | Avstriya-Macarıstan imperiyası |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Vyana, Avstriya |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, kitabxanaçı, diplomat, vəkil, hüquqşünas |
Həyat yoldaşı | Luiz Renner |
Dini | Roma-Katolik kilsəsi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1], hüquq[1], milli iqtisadiyyat[1], beynəlxalq münasibətlər[1], Hüquq sosiologiyası[1] |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Tərcümeyi-hal
Karl Renner kəndli ailəsində on səkkizinci uşaq olmuşdur. Vyanada hüquq təhsili alıb və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. 1896–1932-ci illərdə Parlamentin kitabxanaçısı vəzifəsində işləmiş və kitabxananın fondlarından öz tədqiqatlarına istifadə etmişdir.
1894-cü ildə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1907-ci ildən — Parlamentin üzvü, 1934-cü ilə qədər aşağı palatada işləmişdir.
İlk Avstriya Respublikasının yaradılmasında iştirak etmişdir. 1918–1920-ci illərdə kansler və Dövlət Şurasının sədri oluşdur. 1930-cu ildən o, 1934-cü ildə Dollfus hökuməti tərəfindən ləğv edilən parlamentin sədri seçilir. Avstriya azad edildikdən sonra o, ilk ümumi koalisiya müvəqqəti hökumətinin kansleri olmuşdur.[3] Bütün siyasi partiyaların razılığı ilə prezident seçilmişdir, lakin altı illik səlahiyyət müddəti bitmədən vəfat etmişdir.
O, Avstriya Sosial Demokratiyasının və II İnternasionalın lideri, həmçinin Avstriya-marksizmin görkəmli nəzəriyyəçisi idi. Milli məsələ probleminə dair bir neçə əsərin müəllifidir. Azlıqların siyasi və mədəni bərabərliyinə əsaslanan demokratik federasiya şəklində çoxmillətli dövlət ideyası aşılayırdı. 1938-ci ildə referendumda faşist Almaniyası ilə birlikdə anşlüz-a səs verməyə çağırırdı, eləcə də nasistləri təşviqat prosesinə fəal qoşulmağa dəvət edirdi[4].
1920–1929-cu illərdə Avstriya Respublikasının faktiki himni olmuş "Alman Avstriyası, ecazkar diyar" mahnısının mətninin müəllifidir[5].
Əsərləri
- Государство и нация, 1899 (Sinoptikus təxəllüsü ilə; ru. tərcümə — 1906)
- Национальная проблема, 1902 (Rudolf Şpringer təxəllüsü ilə; ru. tərcümə — 1909, ikinci nəşr — 2010. ISBN 978-5-396-00125-1)
- Теория капиталистического хозяйства : марксизм и проблема социализирования / Tərcümə G. B. Germaidze. — Moskva ; Leninqrad : Гос. изд-во, 1926. — XVIII–XX, 336 с. : ил.
Ədəbiyyat
- Ватлин, Александр Юрьевич. Австрия в XX веке: учеб. Пособие для вузов. М. 2006.
- Ватлин А. Ю., Котов Б. С., Сорокин А. К.. СССР и Австрия на пути к Государственному договору. Страницы документальной истории 1945—1955. М.: Политическая энциклопедия. 2015. səh. 455.
- Воцелка К.. История Австрии. Культура, общество, политика. М. 2007
- Жиряков И. Г.. Советская оккупация Австрии: некоторые политико-правовые выводы и обобщения. // «Право и жизнь». № № 112 (7). 2007.
- Котов Б. С.. Переписка Сталина и Реннера //Историк. 2016.
- Котов Б. С.. Проблема «германской собственности» в переговорном процессе о восстановлении независимой Австрии (1945—1955) // Исторические документы и актуальные проблемы археографии, источниковедения, российской и всеобщей истории нового и новейшего времени. М.: Политическая энциклопедия. 2016. səh. 285—294.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.