Karl Qustav Hippius (rus. Карл Густавович Гиппиус, alm. Karl Gustav Hippius) — alman əsilli Rusiya incəsənət xadimi, memar.
Karl Hippius | |
---|---|
Карл Густавович Гиппиус Karl Gustav Hippius | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Sankt Peterburq, Rusiya İmperiyası |
Vəfat səbəbi | Ürək xəstəliyi |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Atası | Qustav Hippius |
Milliyyəti | alman |
Təhsili | Rusiya Rəssamlıq Akademiyası |
Fəaliyyəti | memar, rəssam-sulu boyaçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1833-cü ildə sənətkar və litoqraf Qustav Hippiusun ailəsində doğulmuşdur. Otto Hippiusun kiçik qardaşıdır. Rusiya Rəssamlıq Akademiyasını 1855-ci ildə bitirmişdir. Dünyanı səyahət etdikdən sonra Rusiyaya qayıtmış, 1857-ci ildə Bakı və Astrabadda ticarət məntəqələri olmuşdur. 1859-cu ildə Qafqaz canişinliyində vəzifə verilmiş, Şamaxı zəlzələsindən sonra quberniyanın paytaxtının Bakıya köçürülməsini məhz özünün apardığı tədqiqatlardan sonra təklif etmişdir. Bakı şəhərinin əsas planını salmış, küçələrinin çertyojunu çəkmiş, Şirvanşahlar sarayının həbsxanaya çevrilməsi fikrinə qətiyyətlə etiraz etmişdi.
1867-ci ildə İrəvan quberniyasının memarı təyin olundu. İrəvan şəhərində həbsxana tikintisində və Araz çayı üzərində körpü salınması layihəsində iştirak edib. İrəvanda yaşadığı müddətdə gözlərindən biri zəifləməyə başladı və tabes xəstəliyinə tutuldu. Yerli iqlimin kəskin olması səbəbindən 1871-ci ildə istefa verərək Sankt-Peterburqa köçdü. Daha sonra Rusiya Əsilzadələr Məclisi və Moskva Yanğından Sığorta Şirkətinin layihələrində iştirak edib.
1880-ci ildə ürək xəstəliyindən vəfat etmiş və Smolensk qəbirstanlığında basdırılmışdır.
Əsərləri
Əsərin adı | İnşa olunduğu il | Foto | Hazırkı vəziyyəti |
---|---|---|---|
Müqəddəs Qriqori Erməni kilsəsi | 1863-1869 | Prezident kitabxanasının tabeliyindədir | |
Qubernator evi | 1865-1867 | Sökülüb.[1]
Yerinə Four Seasons Hotel Baku ucaldılıb. |
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.