Karaqinski adası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Karaqinski adası — Rusiyaya məxsus olan, Sakit okeanın Karaqin körfəzi daxili yerləşən ada. Kamçatka yarımadasından Litke boğazı ilə ayrılır. Adanın daimi əhalisi yoxdur.
Uzunluğu 101 km, ən böyük eni 27 km, sahəsi — 1935,97 km²[1][2].
İnzibati cəhətdən Kamçatka diyarının Karaqin rayonu ərazisinə daxildir.
Adanın mərkəzindən dağ silsiləsi keçir. Ən hündür zirvəsi 920 metrdir (Vısokaya d.). Dağ silsiləsi dənizin içərilərinə keçir və burun əmələ gətirir. Sıx çay şəbəkəsinə malikdir. Üç çayın uzunluğu 20 km-dir:Markelovskaya, Mamikinvaym, Qnunvayam.
Sajildən 1 km məsafədə dəyinliyi 12–19 m dərinliyə malik şelfə sahibdir.
Qərbində 13 km uzunluğa malik Semyonov burnu vardır.
Ada 1732-ci ildə İkinci Kamçatka espedisiyası zamanı kəşf edilmişdir. 1827-ci ildə Fyodor Litke adanın ətraflı məlumat verdişdir[3]. Ada öz adını yaxınlığında yerləşən Karaqa kəndinin adından götürülmüşdür. Uzun zaman balina ovunun əsas məskənlərindən biri olmuşdur. Balina ovu zəyiflədikdən sonra ada unudulur. Birinci Dünya müharibəsindən sonra Yaponiya adaya iddia edir. Sonradan isə iddiadan imtina etmişdir. 1960-90 illərdə adada sərhəd zastavası fəaliyyət göstərmişdir.
Qış 7 ay davam edir. Yağıntının ⅓ hissəsi qar halında düşür. Fevralda temperatur −11°S təşkil edir. Minimal temperatur isə −18.9°S-dir. Şaxtasız dövr 101 gün sürür.
Adada qızılağac, quşarmudu, pinus pumila və tozağacı kimi bitkilər bitir.
Sahil ərazilərində Balinalara rast gəlmək olur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.