From Wikipedia, the free encyclopedia
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Ozernoy yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 117 km məsafədə uzanır. Eni girişdə 239 km, maksimal dərinliyi 60 metrdir. Körfəzin mərkəzində Karaqinski adası vardır. Ada materikdən Litke boğazı ilə ayrılır. Şimalında Verxoturov adası qərarlaşır. Körfəzə tökülən çaylar:Makarov, Kayum, İvaşka, İstık, Naçiki, Uka. Sahillərində yerləşən iri körfəzlər: Anapka körfəzi, Uala körfəzi, Karaqa körfəzi, Kiçiqinski körfəzi, Tımlat buxtası, Ossora buxtası, Kaqara buxtası, Ukinskaya körfəzi. Qabarmanın hündürlüyü 2,4 metrdir. Dekabrdan iyuna qədər buzla örtülü olur.
Sahillərində yerləşən yaşayış məntəqələri: Ossora, İlpırskoe, Tımlat, Karaqa, Beloreçensk, Makarevsk və İvaşka. İnzibati baxımından Rusiyanın Kamçatka diyarı ərazisinə daxildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.