Kangşung divarı — Comolunqma dağının şərq hissəsində yerləşən böyük divar, bu ərazi həm də dağın tibet ərazisində yerləşən hissələrindən biridir. Divarın ətəyindən (ətəkdə Kangşung buzlağı yerləşir) zirvəyə qədər olan hündürlük 3350 metrdir [1]. Kangşung enli dağ divarıdır, sağda Şimal-şərq qrabeni, solda isə Cənub-şərq qrabeni və Cənub yəhəri yerləşir. Divarın yuxarı hissəsində asılı buzlaqlar üstünlük təşkil edir. Aşağı hissəsində isə dik qaya çıxıntıları və kuluarlar var. Comolunqmaya Kangşung divarı ilə qalxmaq standart marşruta nisbətən daha çətindir. Standart marşrut Şimal yəhərindən və ya Cənub yəhərindən keçir. Ümumən dağın bu hissəsi daha kənarda yerləşir və Kungşung divarının ətəyinə çatmaq üçün daha çox yol qət etmək lazımdır.
Fəth olunma tarixi
1981-ci ildə Riçard Blyumun (ing. Richard Blum) və Luis Reyhardtın (ing. Luis Reyhardtın) rəhbərliyi ilə amerikan ekspedisiyas, heyətin tərkibində həmçinin Edmund Hillari, Corc Loy (George Lowe) və Kim Momb (Kim Momb) iştirak edirdi. Ekspedisiya qaya çıxıntısını fəth etsədə, ancaq 7000 metr yüksəklikdən geri döndülər. Səbəb yüksək qar uçqunu təhlükəsinin olması idi[2].
Kangşung divarı ilk dəfə 1983-cü ildə fəth edildi. Ceyms C. Morrisinin (James D. Morrissey) rəhbərliyi ilə növbəti amerikan ekspedisiyasının marşrutu beş həftə yarım davam etdi. 8 oktyabr 1983-cü ildə Kim Momb, Karlos Byuler və Luis Reyhardt zirvəyə çatdılar. Corc Lou, Den Reyd və Cen Kassell növbəti gün zirvəyə yetişdilər.[3]
1988-ci ildə amerikan-biritaniya ekspedisiyası yeni marşrutla hərəkət etdilər: Kangşung divarında Cənub çıxıntısına kim (ing. South Buttress), ordan Cənub yəhərinə qalxdılar və daha sonra adi marşrut, Cənubi-şərq qrebeni üzrə hərəkət etdilər. Ekspedisiya üzvü olan Stiven Venables ilk britaniyalı kimi tarixə düşdü. O oksigen balonundan istifadə etmədən zirvəyə yetişə bilmişdir. Ekspedisiya tərkibində həkim Miriam Zieman (Miriam Zieman, ABŞ), fotoqraf Cozev Blekbern (Joseph Blackburn, США), aşpaz Pasanq Norbu (Nepal) və aşpaz köməkçisi Kasanq Tserinq (Tibet) iştirak edirdi.[4]
Ərazinin özünəməxsusluğu
Kangşung divarının əsas 3 km-lik hissəsi asılı qaya çıxıntılarından ibarətdir. Bu ərazi dərin və dar dərələrə parçalanıb. Qar uçqunu təhlükəsi yüksəkdir və daha çox güclü küləkli vaxtlarda müşahidə olunur. Qayalığın zirvəsində qeyri-sabit qar olur. Tez-tez ölümcül təhlükəli «buz qalaları»na rast gəlinir. Yuxarıya doğru hərəkət etmək təhlükəlidir, ancaq geriyə hərəkət daha çox təhlükə yaradır. Corc Mellori ekspedisiya gündəliyində yazmışdır: «Başqa adamlar ola bilsin daha ehtiyatlıdırlar və bu yolu keçə bilərlər. Ancaq bu yol qəti olaraq bizlik deyil».[5]
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.