Kamboca respublikasının pul vahidi From Wikipedia, the free encyclopedia
Kamboca rieli (khm. រៀល; simvol: ៛; code: KHR) — Kamboca respublikasının pul vahidi. İki fərqli riel var. Birinci dəfə riel 1953-cü ildən 1975-ci ilin may ayına qədər buraxılmışdı. 1975–1980 illər arasında ölkədə pul sistemi yox idi. 20 mart 1980-ci ildən etibarən "riel" adlandırılan ikinci valyuta buraxılmışdır. Simvolu Unikode-də U+17DB kodu (៛) ilə göstərilir.
Kamboca rieli | ||||
---|---|---|---|---|
khm. រៀល | ||||
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | KHR | |||
Simvol | ||||
Abreviatura | KHR | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Kamboca | ||||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | kak (1⁄10) | |||
sen (1⁄100) | ||||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | 50, 100, 200, 500 riel | |||
Əsginas | 50, 100, 500, 1000, 2000, 5000, 10,000, 20,000, 50,000 riel | |||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 1 aprel 1980 | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Kamboca Milli Bankı | |||
nbc.org.kh | ||||
İnflyasiya | ||||
İnflyasiya | 1.4% | |||
Vikianbarda əlaqəli mediafayllar |
Xalqın fikrincə, valyutanın adı Mekonq çayı balığı olan rieldən (Kxmer dilində "kiçik balıq") gəlir. Adı çox güman ki, XIX əsrin ortalarında Kambocada Malay, Hind və Çinli tacirlər tərəfindən istifadə edilən yüksək gümüşün tərkibli Meksika realından gəlir.[1]
1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Kamboca filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı.[2] Eyni zamanda, İnstitutun digər iki filialı da Cənubi Vyetnamda donq və Laosda kip ilə oxşar razılaşmalara malik idi. Pisatr ispan dilində peso sözündən götürülmüşdür.
Riel əvvəllər 100 santiyə (sikkələrin üstündə cent. qısaltması yazılırdı) bölünmüşdür, lakin 1959-cu ildə 100 sen (សេន) olaraq dəyişdi. İlk bir neçə il ərzində riel və piastr birlikdə dövriyyədə oldular.
1953-cü ilin 10, 20 və 50 sentiləri və sen sikkələri alüminiumdan zərb edilmişdi. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sikkə proqramının bir hissəsi kimi 1970-ci ildə ABŞ-nin 5 sentlik sikkəsi ölçüsündə 1 riel buraxıldı, lakin tədavülə çıxarılmadı.
Qırmızı kxmerlər əsginaslar çap etsə də, ölkə Qırmızı kxmerlərdən azad edildikdən sonra bu pul məhv edildiyi üçün dövriyyəyə buraxılmadı.
1993-cü ildə onlar tərəfindən nəzarət edilən ərazilərdə məhdud istifadə üçün bir sıra rəngli banknotların çap olundu.
1978-ci ildə Vytenam işğalı sona çatdıqdan sonra 1 riel 4 ABŞ dollarına bərabər olamaq riel Kambocanın milli valyutası olaraq 1 aprel 1980-ci ildə yenidən bərpa edildi. Yeni riel 10 kak (កាក់) və 100 sen olmaqla bölünürdü. Əvəz ediləcək heç bir pul olmadığı və ciddi şəkildə pozulmuş iqtisadiyyat mərkəzi hökumət onun istifadəsini təşviq etmək üçün yeni pulları əhaliyə payladı.
İlk sikkələr 1979-cu ildə zərb edilən və alüminiumdan hazırlanan 5 sen sikkələri idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.