Kabarda dairəsi
From Wikipedia, the free encyclopedia
Remove ads
From Wikipedia, the free encyclopedia
Kabarda mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Mahal tarixi Kabarda vilayətinin bir hissəsini əhatə edirdi. Onun ərazisində mahalının əhalisinin əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi. Buna baxmayaraq, mahal ərazisində köçürülmə kazak kəndləri də var idi. Mahal 1870-ci ildə ləğv edilərək Georgiyevski rayonuna birləşdirildi.
Kabarda mahalı | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | Terek vilayəti |
Mərkəzi | Nalçik |
Yaradılıb | 1860 |
Sahəsi | 10446 km² [1] |
Əhalisi | 59128 (1870)[2] |
Şimali Qafqazın mərkəzi hissəsində, müasir Kabardiya-Balkar ərazisinin çox hissəsini əhatə edən Terek, Baksan, Çeqem, Çerek, Urux və Malka çaylarının hövzəsində yerləşirdi. Mahala: Böyük Kabarda, Kiçik Kabarda və Balkariya kimi tarixi ərazilər daxil idi.[3][4]
Sərhədləri şimalda Stavropol vilayəti, şərqdə Osetiya mahalı, şimal-şərqdə İnquş mahalı, cənubda Qafqaz silsiləsi boyunca Tiflis quberniyası, qərbdə Kuban bölgəsinə qədər uzanırdı.[5]
1860-cı ildən Rusiya imperiyası Şimali Qafqazda yeni inzibati ərazi islahatı həyata keçirdi. Nəticədə həmən il imperator II Aleksandrın fərmanı ilə Terek vilayəti yaradıldı. Vilayətin yaradılmasında məqsəd Şimali Qafqazın dağlı xalqlarını inzibati cəhətdən idarəedilməsini asanlaşdırmaq idi. Terek vilayətinin idarə edilməsi haqqında əsasnamə 1862-ci ildə təsdiq edildi. Beləliklə 1860-cı il inzibati idarəetmə islahatı ilə Şimali Qafqazın bütün ərazisi Stavropol, Kuban, Terek və Dağıstan vilayətlərinə bölündü. Terek vilayəti 8 mahaldan: Kabarda, Osetiya, İnquş, Arqun, Çeçen, İçkerin və Qumuqdan ibarət idi.
Nalçik istehkamı, Kabarda mahalının inzibati mərkəzi idi.
Kabarda mahalı 1870-ci ildə ləğv edildi. Belə ki, Kabarda mahalı, Malka və Terekdən bir qədər aralı kazak kəndləri ilə birlikdə Georgiyevski rayonuna birləşdirildi. Georgeyvsk şəhəri 1868-ci ildə Stavropol quberniyasından ayrılaraq Terek vilayətinin tərkibinə qatılmışdı. Kabardanın Georgiyevski rayonuna birləşdirilməsi ilə Pyatiqorskidən Qafqaz dağlarına qədər geniş bir ərazini əhatə edən yeni inzibati vahid yaradıldı.
Kabarda mahalının əhalisini əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi.
Kabarda mahalı 1862-ci ildə 4 inzibati vahidə bölündü:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.