Kaşubiya
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kaşubiya (həmçinin Kaşubı; kaşub Kaszëbë; pol. Kaszuby[1]; alm. Kaschubien; lat. Cassubia) — Polşanın şimal-qərbində, kaşub etnik qrupuna məxsus ərazi. Kaşublar qərbi slavyan qrupuna daxildir. Onların əsas ictimai birliyi Kaşub-Pomeraniya adlanır. Kaşubiyanın qeyri-rəsmi paytaxtı Qdansk şəhəri hesab olunur. Bəzi ensiklopedik mənbələrdə kaşubiyanın paytaxtı Veyxerova və ya Kartuza şəhəri göstərilir.
Kaşubiya | |
---|---|
54°15′04″ şm. e. 17°41′14″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Kaşubların sayı haqqında müxtəlif dəyərləndirmələr mövcuddur. Polşa ərazisində kaşubların sayını 300 000 dən çox göstərirlər. Başqa bir mənbədə isə 50 000–500 000 arasında görstərilir.
2002-ci ildə keçirilən siyahıya almada cəmi 5 062 nəfər özünü kaşub kimi göstərmiş. 52 665 nəfər isə doğma dillərinin kaşub dili olduğunu qeyd etmiş[2]. Əksər kaşublar vətəndaşlıq kimi özlərini polyak hesab edir. Etnik kaşublar isə özlərini həm kaşub, həm də polşalı hesab edir. 2011-ci ilin siyahıya alınmasında özlərini kaşub hesab edələrin sayı 228 min olmuş. Bunlardan 16 mini özlərini təmiz kaşub hesab edir. Min nəfər isə ilk növbədə özlərini kaşub, sonra isə polyak hesab edir. 211 min nəfər isə özlərini ilk növbədə polyak, sonra isə kaşub hesab edir[3].
Kaşubiyanın və kaşubların tarixində ən önəmli məqamlardan biri onların müxtəlif zamanlarda almanlaşma və polyaklaşmaya məruz qalmalarıdır. Kaşubiya haqqında ilkin məlumatlar XII əsrlərə təsadüf olunur. Kaşubiya ərazisinin bir hissəsinə kastelyanlar nəzarət etmiş. XIII əsrə qədər onların üzərindəki ali hakimiyyət polyaklara məxsus olmuş. Daha sonra isə hakimiyyət alman imperatorlarına keçmiş. Bununla da onların almanlaşma dövrü başlamış.
Mənbələr göstərir ki, 1238-ci ildə hersoq Boquslav həm də, "Kaşubiya hersoqu" (dux Cassubie) adlanırdı; prussiya kralı isə Herzog von Kassuben — Kaşubiyada hersoqluq mövcud idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.