Küsnətqazma
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir.[1]
Küsnətqazma | |
---|---|
41°16′ şm. e. 48°17′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 466 (2009) nəfər |
Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur.
Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir. Keçmişdə Qazma Küsnət, Küsnət qazmaları, Küsnət qışlaq da adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Küsnət kəndinə məxsus pay torpağında həmin kənddən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Küsnət (kənd adı) və qazma (ev tipi) komponentlərindən düzəlib, "Küsnət kəndinin qazmaları" mənasındadır.[2]
Küsnət qazma, Qımıl qazma, Küsnət və Dəhnə kəndləri ilə sərhəddir. Magistral yol üzərində yerləşir. Son zamanlar bu kənddə turizmə maraq artıb, bu da kəndin turizm üçün əlverişli coğrafi məkanda yerləşməsi ilə əlaqədardır. Azərbaycanda məşhur Minarə burada yerləşir. Kənd Qımıl qazma bələdiyyəsinin tərkibinə daxildir.
Əhalisini 99%-ni ləzgilər təşkil edir. Əsasən kənd təsərrüfatı ilə məşqul olurlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 466 nəfər əhali yaşayır.[3]