From Wikipedia, the free encyclopedia
Juniperus semiglobosa (lat. Juniperus semiglobosa) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Juniperus semiglobosa | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta Sinif: Yarımsinif: Cupressidae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Juniperus semiglobosa |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Orta Asiya dağlarında, Pamir-Altay dağlıq sahəsində, Qərbi və Mərkəzi Tyan-Şanda yayılmışdır. Hündürlüyü 15 m-ə qədər olan ağacdır. Dəniz səviyyəsindən 1500–3000 m hündürlükdə dağ meşələrində bitir. 20 yaşında hündürlüyü 1,5 m, çətirinin diametri 30 sm olur. Xırda yarpaqlarının uzunluğu 2–3 mm, eni təxminən 1 mm, rombvarı və ya yumurtavarı rombvarı, ucu küt, kürəyində uzunsov vəziciklidir. Qozagiləmeyvələri şarşəkillidir. Vegetasiyası may ayından başlayır. İllik boy artımı 1 sm-ə qədərdir, yavaş böyüyür. Çiçəkləməsi may ayında olur.
Qozalarının ölçüsü 2 sm-ə qədərdir. İkinci il yetişir. Toxumla çoxaldılır. Qışadavamlılığı aşağıdır. Quraqlığa davamlıdır. İlk illərdə kölgələndirmək lazımdır.
Azərbaycanda son dövrlərdə, Abşeronda və Lənkəranda park və bağlarda mədəni şəraitdə yetişdirilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.