From Wikipedia, the free encyclopedia
Jan Moris Ejen Klement Kokto (fr. Jean Maurice Eugène Clément Cocteau; 5 iyul 1889[1][2][…], Mezon-Laffit[d], Fransa[3][4] – 11 oktyabr 1963[5][6][…]) — fransız yazıçı, dramaturq, şair, rəssam, kinorejissor.
Jan Kokto | |
---|---|
fr. Jean Cocteau | |
Doğum adı | Jean Maurice Eugène Clément Cocteau |
Doğum tarixi | 5 iyul 1889[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 oktyabr 1963[5][6][…] (74 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | rəssam, dramaturq, kinorejissor, şair, aktyor, illüstrasiyaçı[d], romançı, ssenarist, librettoçu, səsləndirmə aktyoru[d], poçt markası dizayneri[d], yazıçı, dizayner, fotoqraf, bəstəkar, nasir, zərgərlik dizayneri, keramikaçı, müəllif, rejissor |
Fəaliyyət illəri | 1908–1963 |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | Absurd teatrı, modernizm |
Janrlar | dram, faciə |
Üzvlüyü |
|
Mükafatları | |
Jan Kokto Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Kokto 5 iyul 1889-cu il anadan olub. O, keçən yüzildə fransız mədəniyyətinin yetişdirdiyi universal istedadlardan biridir. Eyni zamanda şair, yazar, rəssam, ssenari yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. "Şeirlər" (1920) və "Opera" (1927) adlı şeir kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb.
"Əllamə Toma" (1923) və "Ədəbsiz uşaqlar" (1929) romanlarında o, gəncliyin problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri ("Antiqona", "Orfey") dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. "Orfey" (1950) və "Orfeyin vəsiyyəti" (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi kimi özünü sınayıb.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.