Irmandades da Fala (azərb. Dil Qardaşlığı)— 1916–1936-cı illərdə fəaliyyətdə olan Qalisiya milliyətçi təşkilatı. Bu təşkilat Qalisiyanın ilk siyasi təşkilatı idi və ancaq Qalisiya dilindən istifadə edirdi.[1][2]
Tarixi
Madriddə yaşayan qalisiyalı yazıçı Aurelio Ribalta 1915-ci ildə Qalisiya dilinin yox olmasının qarşısını almaq üçün xalqına müraciət etmişdi. 5 yanvar 1916-cı ildə Anton Vilar Ponte "La Voz de Galicia" qəzetində Qalisiya Dilinin Dostları Liqasının qurulması üçün kampaniya başlatmışdır. O, 1916-cı ilin martında "Qalisiya Millətçiliyi: Bizim Regional Təsdiqimiz" adlı məqalə nəşr etmiş və məqalədə Qalisiya dilinin istifadəsini və qorunmasını dəstəkləmişdir.
Bu təklif müxtəlif ideologiyalardan və liderlər tərəfindən də dəstəklənmişdir. Bunlardan əhəmiyyətliləri Karlizm, Anton Losada Diuqez və liberal demokratlardır.
Siyasi proqramı
1918-ci ilin noyabrında Luqo şəhərində siyasi proqram tərtib olunmuşdur:
- Əsas hədəflər
- Qalisiyanın muxtariyyət qazanması.
- Bələdiyyə muxtariyyəti.
- Qalisiyanın Millətlər Liqasına daxil olması.
- Portuqaliya ilə federal birləşmə.
- Qalisiya üçün hədəflər
- Qanunverici parlament təşkil etmək.
- Məhkəmə orqanını təşkil etmək.
- Qalisiya və ispan dillərinin rəsmi dillər olması.
- Qadın və kişi bərabərliyi.
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.