From Wikipedia, the free encyclopedia
I Umberto və ya I Humbert (it. Savoia Umberto Ranieri Karlo Emanuele Giovannı Mariya Ferdinando Eugenio; 14 mart 1844[1][2][…], Turin, Sardiniya krallığı[3] – 29 iyul 1900[4][1][…], Monsa, İtaliya krallığı[3]) — İtaliyanın ikinci kralı olmuş, "İl Buono" (Yaxşı) Kral ləqəbilə taınır.
I Umberto | |
---|---|
it. Umberto I | |
9 yanvar 1878 – 29 iyul 1900 | |
Əvvəlki | II Viktor Emanuel |
Sonrakı | III Viktor Emanuel |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 mart 1844[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyul 1900[4][1][…] (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Fəaliyyəti | monarx, suveren[d] |
Atası | II Viktor Emanuel |
Anası | Avstriyalı Adelaida |
Həyat yoldaşı | Savoyyalı Marqerita |
Uşağı | III Viktor Emanuel |
Ailəsi | Savoyya sülaləsi |
Dini | Roman katolisizmi |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
I Umbertonun dövründə İtaliya krallığı Afrikada müstəmləkə işğallarına başladı. 1896-cı ildə Adova (İtalyanca Adua) döyüşündə Efiopiya tərəfindən məğlub edilməsinə baxmayaraq, nəhayətdə Eritreyanı və Somalinin xeyli hissəsini əldə etməyə nail olur. 1882-ci ildə İtaliya krallığı, Almaniya imperiyası və Avstriya-Macarıstan imperiyası ilə Üçlər İttifaqını yaradırlar.
Ona sol dairələrdə xüsusi nifrət var idi, buna səbəb onun konservatizmi və Milanda Bava Beccaris qırğınına dəstəyi idi. Ona xüsusilə anarxistlər tərəfindən nifrət edilirdi, anarxistlər ona hakimiyyətinin birinci ilində sui-qəsd cəhdi etmişdilər. Gaetano Bresci adlı bir anarxist, Bava Beccaris qirğınından iki il sonra Kral I Umbertonu sui-qəsd nəticəsində qətlə yetirir.
II Viktor Emanuelin və Avstriyanın Ershersoginiyası Adelaidanın oğlu idi. Umberto o dövr ki, Sardiniya krallığının paytaxtı Turində doğulub. O zaman, atası II Viktor Emanuel 24-cü ad gününü qeyd edirdi. Onun təhsili Massimo Taparelliyə, Markiz d'Azeglioya, Pasquale Stanislaoya həvalə edildi. 1858-ci ilin martından orduda kapitan rütbəsindən başlayaraq xidmət etməyə başlayır. O II İtaliya İstiqlaliyyət Müharibəsində və 1866-cı il müharibələrində (III İtaliya İstiqlaliyyət Müharibəsi) iştirak etmişdir.
Əvvəlcə, Umberto Avstriyanın Ershersoginiyası Matilda ilə evləndi, Matilda Avstriya İmperator sülaləsinin uzaq yan nəslindən idi, lakin o, 18 yaşında bədbəxt hadisə nəticəsində vəfat etdi. Bundan sonra I Umberto öz qohumu və Savoyya sülaləsindən olan Marqerita Tereza Giovanna ilə evlənir (1868-ci ilin 21 aprelində).
Atasının vəfatından sonra (9 yanvar 1878-ci il) Umberto taxta çıxdı. O, IV Savoyyalı Umberto yerinə I İtaliyalı Umberto adını götürdü. Onun razılığı ilə atası Superga Bazilikası Kral Mavzoleyi yerinə Romada Panteonda basdırıldı.
I Umberto Kraliça Marqerita və Baş Nazir Benedetto Kairoli ilə Neapolda səfərdə olarkən hücuma məruz qalır. Belə ki, parad zamanı, kütlə işindən çıxaraq krala hücum edən, italiyalı anarxist Giovannı Passannante Kral yavəri tərəfindən zərərsizləşdirilir, lakin Baş Nazir omba nahiyəsindən cidd şəkildə yaralanır. Kral sui-qəsdçının edam olunmasını istəyir, lakin qanuna görə yalnız kral öldüyü zaman cinayətkar edam oluna bilərdi. Buna görə də, Passannante ağır katorqa işlərinə göndərilir. Hansıki, 1.4 metr hündürlükdə olan kiçik bir oyuqda yaşayacaq, özüdə 18 kq zəncir ilə. Passanante bir neçə ilə vəfat edir. Bu hücum kraliçaya çox pis təsir edir və onun səhhətində bir neçə il problemlərə səbəb olur.
I Umberto xarici siyasətində Avstriya-Macarıstan və Almaniya ilə yaxınlıq edirdi. Bu dövrdə ən böyük problemlərdən biri də Mərakeş problem idiş Çünki buraya həm İtaliya həmçinin də İtaliya iddia edirdi. O dövrdə Avropanın ən böyük güclərindən olan Almaniya imperiyasının Kansleri Otto fon Bismark İtaliyanın gələcəkdə Fransa və B.Britaniya Krallığı ilə yaxınlaşmasının qarşısını almaq üçün gğzəl plan hazırladı. Belə ki, gizli danışıqlarda Almaniya Fransanın Mərakeşdəki hüquqlarını tanıdığını bildirdi, Almaniyanın dəstəyini alan Fransa Mərakeşi tutdu. Bunu görən İtaliya Fransa və B. Britaniyaya yox, bundan sonra Almaniyaya meyil etdi. 1882-ci ildə isə "Üçlər İttifaqı"na qoşulmuşdur. Kral tez-tez Berlin və Vyanaya səfərlər edirdi, lakin İtalyanların çoxu Avstriya ilə dostluq münasibətlərini bəyənmirdilər, həmçinin İtaliyanın hələ də Avstriya ilə mübahisəli ərazi problemləri qalmaqda idi.
I Umbertonun xarici siyasətinin əsas yönlərindən biri də müstəmləkəçilik işğalları idi. Beləki, İtalyanlar 1880-ci ildə Somalidə yerləşməyə başladılar, bundan sonra onlar 1885-ci ildə Eritreyadakı Massava məntəqəsini tutmaqla, burada da möhkəmlənməyə başladılar. Əslində bu məntəqəni İtalyan hərbi qüvvələri yox, ticarət şirkəti tutmuşdu, bu torpaqların İtalya krallığının torpaqları kimi tanınmasına görə dövlətə müraciət etmişdi, lakin İtaliya rəhbərliyi İngiltərə ilə münasibətlərə görə bu məsələnin həllini uzatdı. İngiltərə ilə razılığa gəldikdən sonra isə bu torpaqlar İtaliya torpaqları kimi təsdiq olundu, lakin 1896-cı ildə İtaliya qoşunları Adova (İtalyanca Adua) döyüşündə Efiopiya qoşunlarına məğlub oldular.
1900-cü ilin yayında, İtalyan hərbi qüvvələri Səkkiz Millət İttifaqının bir hissəsi idi, bu ittifaq Çin İmperiyasındakı Boksçu Üsyanını yatırmalı idi. Bu üsyan yatırıldıqdan sonra imzalanmış Boksçu Protokoluna görə İtaliyaya Çinin Tyanszin əyalətində konsessiya (güzəşt) ərazısı əldə etdi, lakin bu zaman Kral I Umberto artıq öldürülmüşdü.
Vatikanla isə onun münasibətləri heç bir güzəştə yol verməmək idi. 1886-cı ildə, Papaya telegramında o Romanı "toxunulmaz şəhər" elan edir və və "Əbədi Şəhərin"(Romanın) İtalyan xalqına mənsubluğunu bir daha təsdiq edirdi.
I Umbertonun dövrü İtaliya tarixində sosial problemlər dövrü idi baxmayaraq ki, bunun həlli üçün xeyli cəhdlər olurdu. Bu problemlərin ən böyüyü nisbətən inkişaf etmiş Şimalı İtaliya ilə Cənubi İtaliya arasındakı böyük fərqlər idi. Feodal-patriarxal qanunları saxlamış olan, Cənub Şimalla ayaqlaşa bilmirdi. Bu dövrdə xaricdə müstəmləkə axtaran İtaliya hökumət kabinetlərində bunun mənasız olduğu dilə gətirilirdi çünki onsuzda Cənubi İtaliya Şimalın müstəmləkəsi rolunu oynaya bilərdi. Bu fərqliliklər günümüzdə belə İtaliyanın problemlərindən biridir. Həmçinin də bu dövrdə, İtaliyada sosialistlər xüsusilə güclənirlər. I Umbertonun hakimiyyətinin sonlarında Benito Mussolini sosialistlərlə ilk dəfə tanış olur. 22 aprel, 1897-ci ildə I Umbertoya ikinci dəfə sui-qəsd cəhdi olur. Bu dəfə sui-qəsdə Pietro Acciarito cəhd edir.[5]
Afrikadakı müstəmləkə müharibələri iqtisadiyyata çox pis təsir etdi, çörəyin qiyməti bahalaşdı. İtaliyanı nümayişlər bürüdü.[6] 1898-ci ilin 7 mayında, General Fiorenzo Bava Beccaris Milan şəhərində hərbi kommendant saatı tədbiq etdi. Nümayişçilərin sakitləşmədiyini görən general, onlara qarşı top atəşindən istifadəyə icazə verdi. Nəticədə 100 nəfər həlak oldu(bəzi versiyalara görə 350 nəfər), 1000 nəfər yaralandı. I Umberto General Fiorenzo Bavaya qayda-qanunu bərpa etdiyi üçün təbrik teleqramı göndərdi. Daha sonra isə onu Savoyya Böyük Hərbi Ordeni ilə təltif etdi, bu ictimaiyyətdə böyük səs-küy yaratdı, İtalyanlar bunu özlərinə təhqir kimi qəbul etdilər.
29 iyul, 1900-cü ildə, I Umberto Monsoda İtaliyo Amerikan anarxisti Gaetano Bresci tərəfindən acılan 4 atəş nəticəsində öldürülür. Gaetano Bresci sonradan istintaqda demişdi ki, o Bava Beccaris qırğınının intiqamını almaq istəyirmiş. I Umberto Romada Panteonda, atasının yanında dəfn edildi. Bu burada dəfn edilmiş sonuncu İtalya kralıdır. Çünki onun oğlu və varisi kral III Viktor Emanuel sürgündə ölmüş və elə orada da dəfn olunmuşdur(Misirdə və hələ də məzarı oradadır).
Amerikan anarxisti Leon F. Czolgosz sonradan iddia etdi ki, I Umbertonun qətli onu ABŞ prezidenti Uilyam Makkinlini öldürmək üçün ilhamlandırdı. Qeyd edək ki, Uilyam Makkinli 1901-ci ilin sentyabr ayında öldürülüb.
1860-cı ildən 1946-cı ilədək istifadə olunmuş titular. I Umberto, Allahın adı ilə, İtaliyanın Kralı, Sardiniyanın kralı, Kipr, Yerusəlim, Ermənistanın kralı, Savoyyanın Hersoqu, Mauruennenın knyazı, İtaliyada Müqəddəs Roma İmperiyasının Markizi, Piemontun Şahzadəsi, Karignanonun, Oneglianın, Poirinonun şahzadəsi, Müqəddəs Roma İmperiyasının Əbədi Keşisi, Karmagnolanonun şahzadəsi, Arbin ilə Montmellian və Francin, Aosta Hersoqluğunun şahzadəsı, Çierinin Şahzadəsi, Dronero, Kreskentino, Genuyanın Hersoqu, Monferrat, Aosta, Çablaisın Hersoqu, Piaçenzonun Hersoqu, Saluzzonun Markizi, Oristano, Kesana, Savona, Tarantasia, Borgomanero e Kureggio, Kaselle, Rivoli, Pianezza, Govone, Salussola, Racconigi con Tegerone, Migliabruna e Motturone, Cavallermaggiore, Marene, Modane e Lanslebourg, Livorno Ferraris, Santhià Agliè, Centalloe Demonte, Desana, Ghemme, Vigone, Bargenın Knyazı, Villafranca, Ginevra, Nizza, Tenda, Romont, Asti, Alessandria, del Goceano, Novara, Tortona, Bobbio, Soissons, Sant'Antioco, Pollenzo, Roccabruna, Tricerro, Bairo, Ozegna, delle Apertole, Vaud e del Faucigninın Baronu, Vercellinın Lordu,, Pinerolo, della Lomellina, della Valle Sesia, del marchesato di Ceva, Monakonun ən böyük Lordu, Noblepatrician of Venesiyanın əsas Patrisisi, Ferraranın patrisisi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.