From Wikipedia, the free encyclopedia
I Smbat Saak - (doğum tarixi bilinmir — 998) – Sünik knyazlığının 987-ci ildən hakimiyyətdə olan ilk müstəqil knyazı.
Knyaz I Smbat Sünik sülaləsindən olan Aşot Süninin dörd oğlundan biri – Saak Süninin oğludur. O, 963 - cü ildən 976 – cı ilə kimi Həkəri çayına qədər olan əraziləri – Çxuk və Balk havarlarını idarə etmişdir. 976 – cı ildən Sünik sülaləsinin varisi kimi Sünik taxtında əyləşmiş və 980 – ci ilə kimi Ani çarlığının vassalı kimi Süniki idarə etmişdir. 987 – ci ildə[1] Azərbaycan ərazisindəki digər iki feodal dövlətinin - Rəvvadilər sülaləsindən Əbülhicanın və Xaçın knyazlığının dəstəyi ilə Sünik knyazlığının müstəqilliyini elan edərək Göyçə gölü sahillərini və Əlincə ərazisini Sünikə tabe etmişdir. Sünik tarixçisi Stepannos Orbeli yazır:
Hakimiyyətinin ilk dövrlərində I Smbat dövlət strukturlarını formalaşdırmış, ordunu modernləşdirmiş, tikinti-quruçuluq işləri ilə məşğul olaraq müdafiə sistemlərini və qalalrı bərpa etdirmişdir. 988 – ci ildə Əbülhicanın ölümüdən sonra[3] Azərbaycan feodal dövlətləri zəifləmiş və I Smbat erməni Ani çarlığından vassal asılılığını qəbul etməyə məcbur olmuşdu.[4] 991 – 992 – ci illərdə erməni hökmdarı I Qagik Süniki zəiflətmək üçün parçalamış Vayots-Zor[5][6], Çaxuk, şimali Çxuk ərazilərini Sünik hökmdarının idarəsindən ayırmış, Sünik hökmdarı yalnız tarixi Sünik ərazisinin cənubunda öz hakimiyyətlərini saxlaya bilmiş, bir müddət həmçinin Əlincə ərazisini də idarə etmişlər. 998 – ci ildə Sünik taxtına I Smbatın oğlu Vasak sahib çıxmışdı. I Smbat isə Tatev monastırında dəfn edilmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.