From Wikipedia, the free encyclopedia
II Filipp (fr. Philippe II d'Orléans; 2 avqust 1674[1][2][…] – 2 dekabr 1723[1][2][…], Versal[3]) — Orlean hersoqu I Filippin oğlu, Orlean hersoqu.[5] 1715-1723-cü illərdə taxt naibi olaraq xidmət etmişdir.
II Filipp | |
---|---|
fr. Philippe d'Orléans | |
1 sentyabr 1715 – 15 fevral 1723 | |
Monarx | XV Lüdovik |
9 iyun 1701 – 2 dekabr 1723 | |
Əvvəlki | I Filipp |
Sonrakı | Lüdovik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 avqust 1674[1][2][…] |
Vəfat tarixi | 2 dekabr 1723[1][2][…] (49 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəsm kolleksioneri[d], hərbi qulluqçu, rəhbər, incəsənət xadimi, rəssam, işləmə ustası |
Atası | I Filipp (Orlean hersoqu)[3] |
Anası | Elizabet Şarlotta (Orlean hersoqinası) |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | Roma-Katolik kilsəsi |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2 avqust 1674-cü ildə dünyaya gəldi. Atası Fransa kralı XIII Lüdovikin oğlu Orlean hersoqu I Filipp, anası isə Pfals kürfürstü I Karl Lüdviqin qızı Elizabet Şarlottadır. Doğumundan etibarən Şartr hersoqu elan olundu. Mükəmməl saray təhsili aldı. Əmisi XIV Lüdovikin səltənətində atasıyla birlikdə hərbi səfərlərə qatıldı. Ardından əmisi nəvəsi Burbonlu Filippin İspaniyadaki taxt mübarizəsində iştirak etdi. Davam edən İspaniya vərasət müharibəsi səbəbilə Avropanın digər ailələrindən bir xanımla evlənməsi mümkün deyildi. Bu səbəblə, əmisi XIV Lüdovikin məşuqəsindən doğulan qızı Fransiska Mariya ilə evlənməsinə qərar verildi. Anasının bu evliliyə qarşı çıxmasına baxmayaraq, cütlük 18 fevral 1692-ci ildə Versal sarayında evləndi. Ziyafətdə o əsnada sürgündə olan İngiltərə kralı II Ceyms və ailəsi də iştirak etdi. Cütlük bir-birini sevmədi və Filippin ömrünün sonuna qədər bir çox məşuqəsindən övladları doğuldu. Atasının 1701-ci ildə vəfat etməsinin ardından, Orlean hersoqu təyin olundu. 1705-ci ildə Tampliyerlərin baş ustadı oldu və təriqət onun dövründə yarıaçıq fəaliyyətə başladı. Fransa taxt-tac sıralamasında olduqca geridə idi. Bu məqsədlə ailəsinin önə çıxması üçün fəaliyyətə başladı. 1710-cu ildə böyük qızı Mariya Luiza Elizabeti kralın qardaşı dofen Lüdovikin kiçik oğlu Karlla evləndirdi. Beləcə, qızı və kürəkəni ondan daha ön sıraya keçdi. Digər yandan böyük bacısı Anna Mariya və Sardiniya kralı II Viktor Amadeyin qızını dofen Lüdovikin böyük oğlu ilə evləndirdi. Buna baxmayaraq, kralın yeganə varisi dofen Lüdovik və oğullarının gənc yaşda vəfat etməsiylə, taxt sıralaması tamamilə dəyişdi. Kral öz vəsiyyətində, özündən sonra taxta nəticəsi Lüdovikin çıxmasını, qardaşıoğlu II Filippin isə ona naiblik etməsini istədi.
Ancaq 25 avqust 1715-ci ildə XIV Lüdovik ikinci xanımı və şəxsi keşişinin təsiriylə vəsiyyətinə əlavə bir qeyd yazdı. Bu qeydlə, qardaşıoğlu II Filippin naibliyi ləğv edildi və nigahdan kənar oğlu Main hersoqu ilə Villeroy hersoqu varis üzərində tam söz sahibliyinə gətirildi. Ancaq ölümündən bir neçə gün öncə yazılan bu əlavənin kral yox, onun xanımı tərəfindən yazıldığı iddia edildi. Belə ki, 1 sentyabr 1715-ci ildə XIV Lüdovik vəfat etdi və nəticəsi 5 yaşlı XV Lüdovik taxta çıxarıldı. Ertəsi gün II Filipp parlamentə gedərək vəsiyyətnamənin əlavəsinə etiraz etdiyini və yeni kralın naibliyini tələb etdi. Uzun müzakirələrin ardından parlament taxt sıralamasında ikinci yerdə olan Orlean hersoqunu geri çevirə bilmədi və mərhum kralın vəsiyyətnaməsindəki son əlavəni ləğv edərək, II Filippi kral naibi təyin etdi. Bir neçə ay sonra kralı da yanına alaraq Tüilri sarayına gələn II Filipp dövlət idarəsini və saray əhalisini buraya köçürdü.
Naibliyi dövründə Fransa krallığı qonşu dövlətlərlə olan münasibətlərini yaxşılaşdırdı. Əmisinin İspaniya vərasət müharibəsi səbəbilə mübarizə apardığı İngiltərə, Müqəddəs Roma imperiyası və Hollandiya ilə münasibətlər yaxşılaşdı. Rusiya ilə qurulan siyasi əlaqələrin nəticəsində Çar I Pyotr 1717-ci ildə Fransaya səyahət etdi. Senzura ləğv edildi və XIV Lüdovik səltənətində qadağan olunan kitabların yenidən nəşrinə başlandı. İlk öncə vergilər azaldıldı və 25 min əsgər ordudan buraxıldı. Daha sonra yerli bankerlərlə apardığı mübarizə 1718-1720-ci illərdə Bretan bölgəsində üsyana səbəb oldu. Fransa və İspaniya taxt-tacını birləşdirmək niyyətində olan kralın əmisi V Filipp tərəfindən dəstəklənən bu üsyan uğursuzluqla nəticələndi və rəhbərləri ələ keçirilərək Nantda edam olundu. V Filippin tərtiblədiyi bir saray çevrilişi də həmin ilin dekabrında üzə çıxdı və ispan səfiri, II Filippin qardaşıyla xanımı bu çevrilişdə təqsirkar görülərək həbs edildilər.
Bu hadisələrin ardından II Filipp kralın adına 9 yanvar 1719-cu ildə müttəfiqləriylə birlikdə İspaniyaya müharibə elan etdi. Əldə edilən hərbi uğurların sonunda tərəflər 17 fevral 1720-ci ildə Haaqada sülh imzaladı və Utrext sülhünün şərtləri yenidən təsdiqləndi. İki dövlət arasındakı sülhün gücləndirilməsi məqsədilə 3 siyasi evlilik planlaşdırıldı. Bu plana əsasən, uşaq kral XV Lüdovik ispan kralının qızı Marianna Viktoriyayla, naibin qızları Luiza və Filippina ispan kralının oğulları Luis və Karlla nişanlandı. Ancaq bu nişanlardan yalnız biri - infant Luislə Luiza Yelizavetanın nişanı evliliklə tamamlandı.
V Filippin uşaq kralla nişanlanan qızı Marianna Viktoriya 1721-ci ilin martında Parisə gətirildi. Burada naibin baldızı və XIV Lüdovikin nigahdan kənar qızlarından olan Burbonlu Mariya Annanın himayəsinə verilən qızcığaz Tüilri sarayında yaşadı. Naibin böyük qızı Luiza Yelizaveta və infant Luisin nigahları isə 1721-ci ilin noyabrında qiyabi halda bağlandı və 12 yaşlı qızcığaz bacısıyla birlikdə Madridə göndərildi. Fransız qızları Madriddə olduqca soyuq qarşılandı. İspaniya kraliçası və infantın ögey anası olan İzabella Farnezenin etirazlarına baxmayaraq cütlük 20 yanvar 1722-ci ildə Madriddə evləndi. Ancaq Haaqasülhünün tezliklə pozulması səbəbilə, uşaq kral XV Lüdovikin nişanlısı Marianna Viktoriya dərhal Madridə geri göndərildi. Buna cavab olaraq naib II Filippin kiçik qızı Filippina da Parisə göndərildi və 2 dövlət arasındakı münasibətlər yenidən pisləşdi. Bu münasibətlər gələcəkdə XV Lüdovikin oğlu dofen Lüdoviklə V Filippin qızı Mariya Tereza Rafaellanın evliliyi ilə düzələcəkdi.
İflasıyla Missisipi şirkətini də iflas etdirən banker Con Lounun təhlükəli iqtisadi reformlarını dəstəklədi. Ancaq iqtisadi böhranın başlamasından sonra naib II Filipp kral XV Lüdovik və saray əhalisini 15 iyun 1722-ci ildə Versal sarayına köçürdü. Həmin ilin 22 oktyabrında Reymsdə XV Lüdovik üçün rəsmi tacqoyma mərasimi keçirildi. 22 dekabr 1722-ci ildə sevimli anası Elizabet Şarlottanın vəfatıyla dövlət işlərindən uzaqlaşmağa başladı və 15 fevral 1723-cü ildə kralın artıq yetkinlik çağında olmasını bəhanə göstərərək naiblikdən çəkildi. Beləcə, XV Lüdovik real hakimiyyəti ələ aldı. Ancaq yenə də II Filippin siyasi və hərbi təcrübəsindən istifadə etdi. Həmin il 10 avqustda kardinal Duboisin vəfatı ilə XV Lüdovik tərəfindən Fransa Baş naziri təyin olundu. Ancaq bu vəzifədə 4 aya yaxın qalan II Filipp 2 dekabr 1723-cü ildə Versal sarayında məşuqələrindən birinin qollarında vəfat etdi. Ertəsi gün cənazəsi doğulduğu Sen-Kludakı saraya aparıldı və mərasimin ardından Sen-Deni bazilikasına dəfn olundu.
18 fevral 1692-ci ildə Versal sarayında əmisi XIV Lüdovikin məşuqəsindən doğulan qızı Fransiska Mariya ilə evləndi. Cütlüyün bu nigahdan 8 övladı doğulsa da, xoşbəxt ola bilmədilər. Ömrünün sonunadək II Filipin bir çox məşuqəsi və onlardan doğulan övladları oldu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.