From Wikipedia, the free encyclopedia
ICQ (ing. I seek you — "Mən Səni Axtarıram") — ani mesajlaşma kompüter proqramıdır. İsrail şirkəti olan Mirabilis tərəfindən 1996-cı ildə yaradılmışdır. Proqramın birinci versiyası 1996-ıncı ilin noyabr ayında buraxılmışdır. ICQ ani mesajlaşma xidmətlərindən yarandığı tarixə görə, demək olar ki, ən birincisidir. ICQ adı "Mən səni axtarıram" ("I seek you") frazası üçün homofondur. AOL xidməti 407 milyon dollar müqabilində 1998-ci il iyun ayının 8-də Mirabilis-i əldə etdi. 2010-cu ilin aprel ayında ICQ Mail.ru Group-un tərkibinə keçdi.
ICQ | |
---|---|
Tipi | sosial şəbəkə, mobil tətbiq |
Tərtibatçı | AOL, Mail.ru Group |
Repozitoriya | github.com/mail-ru-im/im… |
Proqramlaşdırma dili | C++ |
Əməliyyat sistemi | Microsoft Windows, macOS, Linux, İOS, Android, Windows Phone, Symbian OS |
İnterfeysin dili | çoxdilli[d] |
Yayımlanma tarixi | 15 noyabr 1996 |
Sonuncu versiya |
|
Sayt | icq.com |
Vikianbarda əlaqəli mediafayllar |
ICQ mövcud olduğu illər ərzində çoxlu sayda klientlər buraxdı və çoxlu dəyişikliklərə məruz qaldı. Müxtəlif məlumatlara əsasən 2001-ci ildə ICQ-da 100 milyondan çox akkaunt qeydiyyatdan keçirilmişdir. 2013-cü ilə görə dünyada ICQ-nun hər ay üzrə auditoriyası 11 milyon təşkil edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.