Azərbaycan diplomatı From Wikipedia, the free encyclopedia
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri.[1]
Hüseynağa Sadıqov | |
---|---|
5 fevral 1991 – 29 may 1992 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Tofiq Qasımov |
27 yanvar 1988 – 5 fevral 1991 | |
Əvvəlki | Elmira Qafarova |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
29 may 1992 – 9 avqust 2005 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Pərviz Şahbazov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur. SSRİ-nin Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə çalışmışdır. 1988–1991-ci illərdə Azərbaycan SSR-nin Xarici İşlər naziri vəzifəsində çalışmışdı. 1991-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri vəzifəsinə təsdiq edilmişdir. 1989-cu ildə ona SSRİ-nin I dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi-Müşaviri, 1992-ci ildə isə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcələri verilmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuşdur.[2]
Azərbaycan və Almaniya mətbuatında beynəlxalq siyasət sahəsində 50-dən artıq məqalə və yazıların müəllifidir. 2 övladı var. Alman, ərəb, türk və rus dillərini bilir.[1][1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.