From Wikipedia, the free encyclopedia
Hioqi (檜扇?, hərf. sərv yelpiyi) – sərv ağacından hazırlanan və saray əyanlarının istifadəsi üçün nəzərdə tutulmuş yapon yelpiyi.
Hioqi Yaponiyanın saray həyatında istifadə olunan yelpik növü olmuşdur. Özünü sərinlətmək üçün yox, mərasimlərdə istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən XIX əsrə qədər saray əşyası kimi tanınmışdır. Əvvəlcə təkcə imperatorun hioqidən istifadə edilməsinə icazə verilsə də, tədricən bütün saray əyanları hioqidən istifadə etməyə başlamışdırlar.[1] Hioqi əvvəlcə kişilərin əşyası hesab olunsa da, daha sonra qadın əşyasına çevrilmişdir.[2]
Hioqi adətən 34–38 sayda mokkandan (taxta parça) ibarət olan yelpikdir. Mokkanlar öndən kəpənək formasında, arxadan isə quş formasında olan metal pərçimlə əlaqənib. İmperatriça üçün nəzərdə tutulmuş hioqinin pərçimi kağızdan idi. Yelpiyin digər ucunda mokkanlar ipək kordonla bir-birinə bağlanırdı.[1]
Hioqi şam, xrizantema, bambuk, gavalı və sakura təsvirlərinə malik dizaynlarla, bəzən isə ağ zəmində qızılı və gümüşü buludla əhatə olunan quş təsvirləri ilə bəzədilirdi. Qırmızı, göy, yaşıl və bənövşəyi rənglərə üstünlük verilirdi. Hər bir qoruyucu çubuğun ucuna süni çiçək salxımları və müxtəlif rənglərdə olan uzun ipək kordonlar qoşulurdu. 16 yaşından kiçik olanlar üçün nəzərdə tutulmuş hioqi sərv yox, sidr ağacından hazırlanırdı.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.