From Wikipedia, the free encyclopedia
Hideo İtokava (糸川 英夫, İtokava Hideo?, 20 iyul 1912, Tokio[d] – 21 fevral 1999, Maruko[d], Naqano prefekturası) – yaponiyalı raket mühəndisi. O, "Yaponiya raketçiliyinin atası" hesab olunur.[1] Yaponiyada kosmik proqramın inkişafı və tədqiqi üçün gördüyü işlərə görə "Doktor Raket" ləqəbini qazanmışdır.[2]
Hideo İtokava | |
---|---|
yap. 糸川 英夫 | |
Doğum tarixi | 20 iyul 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 1999 (86 yaşında) |
Vəfat yeri |
|
İş yeri | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Hideo İtokava 1912-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur.[3] Məktəbdə oxuyanda Çarlz Lindberqdən təsirlənmiş və təyyarə sənayesinə maraq göstərməyə başlamışdır.[1] 1935-ci ildə Tokio Universitetini bitirmişdir. İkinci dünya müharibəsi zamanı "Nakajima Aircraft" şirkətində işləyərək Hayabusa kimi müxtəlif döyüş təyyarələrinin dizaynında iştirak etmişdir.[1] Buna baxmayaraq, o, kamikaze proqramına qarşı çıxmış, pilotsuz uçan aparatlardan istifadəni dəstəkləmişdir.[1]
İkinci dünya müharibəsindən sonra Yaponiyanın təyyarə sənayesi çökmüş və İtokava bir neçə il tibbi aparatların dizaynı,[1] eləcə də, akustik mühəndisliklə məşğul olmuşdur.[4] O, Yaponiyada elektroensefaloqraf və düralüminiumdən süni ürək hazırlayan ilk şəxs olmuşdur.[4] 1953-cü ilin yanvarında ABŞ-yə səyahət edərək tibb sahəsindəki nailiyyətlərini yayımlamışdır.[4] 1951-ci ildə Tokio Universitetinin Sənaye Elmi İnstitutunda raketləri tədqiq etməyə başlamışdır.[3] 1955-ci ildə Yaponiyanın bərk yanacaqla işləyən ilk raketi olan "Pencil" raketini hazırlamışdır.[1] Daha sonra "Kappa" və "Lambda" modellərinin dizaynında iştirak etmişdir.[1]
1964-cü ildə İtokavanın iştirakı ilə Tokio Universitetinin Kosmos və Aeronavtika Elmi İnstitutu yaradılmışdır.[1] 1970-ci ildə onun başçılığı altında Yaponiyanın ilk kosmik peyki olan "Osumi" hazırlanmışdır.[1] 21 fevral 1999-cu ildə Naqanoda ölmüşdür.[1]
İtokava incəsənət, xüsusilə də, baletə böyük maraq göstərmişdir.[1] 1973-cü ildə balet dərsləri almağa başlamışdır.[1] 1978-ci ildə Tokio İmperiya Teatrında baş tutmuş Sergey Prokofyevin "Romeo və Cülyetta" baletində Romeonun atasını oynamışdır.[1] O, peşəkar violonçel performansları sərgiləməklə yanaşı, skripka da çalmış, hətta özü üçün xüsusi skripka növü ixtira etmişdir.[1]
1998-ci ildə kəşf edilmiş 1998 SF36 asteroidi 2003-cü ilin avqustunda onun şərəfinə 25143 İtokava adlandırılmışdır.[5] JAXA asteroidi tədqiq etmək üçün 2003-cü ildə Hayabusa missiyasını başlatmışdır.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.