From Wikipedia, the free encyclopedia
Albov baldırğanı (lat. Heracleum albovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU D2. Azərbaycanın nadir növüdür.
Albov baldırğanı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Apioideae Triba: Tordylieae Yarımtriba: Tordyliinae Cins: Növ: Albov baldırğanı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Çoxillik ot bitkisidir. Yarpaqları yumurtavaidir, ikər-lələklidir, hər iki üzü bozumtul tükcüklüdür, kənarları sərt dişciklidir. Çətir şüaları 20-25 ədəddir, tükcüklüdür, müxtəlifdir. Çiçəkləri sarımtıl-ağ rəngdədir, az böyümüşdür. Meyvəsi ellipsvari, çılpaqdır, uzunluğu 6–7 mm-dir.
Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Mezofitdir. Orta və yuxarı dağ qurşaqlarında, çay kənarlarında və sulu dərələrdə rast gəlinir.
Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu — Urmus kəndi ətrafı, Soyuqdağ, Yağlıdərə, Ağyurd ətəkləri).
Populyasiyasında azalma müşahidə edilir.
Cəmi 3 lakolitetinə rast gəlinmişdir. Antropogen və zoogen amillərdir.
Populyasiyaları nisbətən təhdid altında olduğundan qorunması vacibdir. Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı ərazısındə təbii populyasiyaları mühafizə olunmalıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.