From Wikipedia, the free encyclopedia
Həştəq[1][2] (ing. hashtag) — ön sözü diyez – # simvolu olan metadata teqi. Sosial mediada "X" (əvvəllər "Twitter") kimi mikrobloqlar və foto paylaşma xidmətlərində heşteqlərdən istifadə olunur. Onlar həmçinin "Tumblr" kimi platformada mövzuya görə məzmuna çarpaz istinad etməyə imkan verən istifadəçi tərəfindən yaradılan etiketləmə forması kimi istifadə olunur.[3] Məsələn, "Instagram"da #bluesky heşteqi üçün axtarış həmin terminlə işarələnmiş bütün yazıları göstərir. İlkin diyez simvolundan sonra heşteqə hərflər, rəqəmlər və ya alt xətt işarələri daxil ola bilər.[4]
Heşteqlərin istifadəsi ilk dəfə ABŞ blogeri və məhsul məsləhətçisi Kris Messina tərəfindən 2007-ci ildə yazdığı tvitində təklif edilmişdir.[5][6] Messina "onların internetdən doğulduğunu və heç kimə məxsus olmadığını" hiss etdiyi üçün istifadəni patentləşdirməyə cəhd etməmişdi.[7][8] Heşteqlər "Twitter" mədəniyyətində möhkəmlənmiş,[9] tezliklə "Instagram", "Facebook" və "YouTube"da ortaya çıxmışdır.[10][11] 2014-cü ilin iyun ayında heşteq "Oksford ingilis dili lüğəti"nə "bir mövzu ilə bütün mesajları axtara bilməniz üçün sosial media saytlarında və proqramlarda istifadə edilən, qarşısında # simvolu olan söz və ya ifadə" kimi əlavə olunmuşdur.[12][13]
Diyez işarəsi – #, uzun müddətdir ki, informasiya texnologiyalarında mətnin müəyyən hissələrini vurğulamaq üçün istifadə olunur. 1970-ci ildə diyez işarəsi simvolun və ya nömrənin yanında yerləşdirildikdə PDP-11-in montaj dilində "immediate" (dərhal) ünvan rejimini ifadə etmək üçün istifadə edilmişdir.[14] Təxminən 1973-cü ildən başlayaraq '#' işarəsi C proqramlaşdırma dilində C preprosessorunun əvvəlcə emal etməli olduğu xüsusi açar sözləri göstərirdi.[15] Funt işarəsi qrupları və mövzuları etiketləmək üçün 1988-ci ildə "Internet Relay Chat" (IRC) şəbəkələrində istifadə üçün qəbul edilmişdir.[16] Bütün IRC şəbəkəsində mövcud olan kanallar və ya mövzular diyez simvolu ilə prefiks olunur.[17]
IRC-də funt işarəsinin istifadə olunması[18] Kris Messinaya ilham vermiş, o, mikrobloqlar şəbəkəsində maraq doğuran mövzuları işarələmək üçün "Twitter"də oxşar sistem təklif etmişdir.[19] O, "Twitter"də ilk heşteqini belə yazmışdır:
How do you feel about using # (pound) for groups. As in #barcamp [msg]? |
Messinanın sözlərinə görə, o, axtarış protokolları üzrə xüsusi biliyi olmayan sadə istifadəçilərin konkret müvafiq məzmunu tapmasını asanlaşdırmaq üçün heşteqdən istifadə etməyi təklif etmişdir. Buna görə də heşteq "mesajları kateqoriyalara ayırmaq üçün bir üsul olaraq "Twitter" istifadəçiləri tərəfindən üzvi şəkildə yaradılmışdır".[20] "Hash tag" termini ilk dəfə Stou Boyd tərəfindən 26 avqust 2007-ci ildə dərc olunmuş "Hash Tags = Twitter Groupings" adlı bloq yazısında istifadə olmuşdur.[21]
Messinanın heşteqdən istifadə təklifi "Twitter" tərəfindən dərhal qəbul olunmamışdı, lakin bu konvensiya 2007-ci ildə San-Dieqo meşə yanğınları ilə bağlı tvitlərdə istifadə edilən heşteqlər vasitəsilə populyarlaşmışdır.[22][23] Heşteq 2009–2010-cu illərdə İranda keçirilən seçkiərlə bağlı etirazlar zamanı beynəlxalq səviyyədə qəbul edilmişdir. "Twitter" istifadəçiləri aksiyalar zamanı ünsiyyətdə həm ingilis, həm də fars dilində heşteqlərdən istifadə etmişdilər.[24]
Heşteqlər o vaxtdan bəri #jesuischarlie, #BLM[25] və #MeToo[26][27] kimi sosial hərəkatlarda mühüm rol oynamışdır.
"YouTube" və "Gawker Media" kimi digər platformalar heşteqləri rəsmi olaraq dəstəkləmişdir.[28]
Flickr etiketlərinə bənzər, qarışıq simvolu olan kəliməni (və ya # işarəsi) sözün əvvəlində işlədərək Twitter postuna əlavə edilir.
Maliyyə bazarında bir çox adam bizneslərin gələcək qiymətini proqnozlaşdırmaq üçün həştəqlərdən istifadə etməyə başlayıblar. Bəzi təhlilçilərə görə, bütün həştəqləri analiz edərək səhmlərin qiymətini altı gün əvvəlcədən təxmin etmək mümkündür.[2]
Sosial mediada bir çox kampaniya aparılır.[2] Amma sosial mediada keçirilən etirazların təsiri birmənalı qarşılanmayıb. "The Atlantic" jurnalında yazdığı məqalədə Twitterin həmtəsisçisi Biz Ston şəbəkənin fəallığa təsirini quş sürüsünə bənzədib: lideri olmasa da, güclü və çevik bir qrup.[2]
Heşteq demoqrafik vəziyyətə çatmaq üçün hər hansı bir hadisə haqqında tweet toplayaraq və ya prosesin həssaslığını artıraraq xüsusi bir mövzunu müzakirə etmək üçün əlverişlidir. Twitter hazırda elə bir keçid yaradır ki, hər kim heşteqi əlavə edib (# səbəb, de) klikləsə bu simvola uyğun son tweet-ləri görəcək.
Heşteqlər sosial mediada bəzən böyük hay-küy sala bilər. 2014-cü ildə, Siyavuş Novruzovun Milli Məclisdə Molotov kokteylinə "Molotov kotleti" deməsi sosial mediada "partlayış" edib.[29] Bəzi sosial media istifadəçiləri Facebook və Twitter şəbəkələrində cənab Novruzovun səhvini #molotovkotleti heşteqilə şərh edib.[29]
2010-cu ildə, Twitter Cənubi Afrikada Futbol üzrə dünya çempionatı 2010 zamanı "hashflags"-ı təqdim etdi.[30]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.