Gicduvan
Özbəkistanda yaşayış yeri From Wikipedia, the free encyclopedia
Özbəkistanda yaşayış yeri From Wikipedia, the free encyclopedia
Gicduvan (özb. Gʻijduvon) — Özbəkistanın Buxara vilayətində şəhər.
Gicduvan | |
---|---|
40°06′ şm. e. 64°40′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 256 m, 261 m |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu ilin məlumatlarına görə Gicduvanda 44.289 nəfər yaşamaqda imiş.[3]
Gicduvanda yerli Özbəklər üstünlük təşkil etsə də burada az sayda Taciklər və Ruslar da yaşayır.
Gicduvan, Özbəkistanın Zərəfşan çayı çökəkliyi ilə Şimali kanalı arasında suvarılan pambıq əkin yerlərində yerləşir. Qəsəbədə bölgədəki əkinçilər tərəfindən yetişdirilən pambığı ixraca hazırlayan pambıq emalı zavodu var. Özbəkistan iqtisadiyyatında pambığın önəmi 1991-ci ildə müstəqillik qazandıqdan bəri davamlı olaraq azalmaqdadır, buna görə Gicduvan və bölgə iqtisadiyyatını şaxələndirir və kənd təsərrüfatı pambıqçılıqdan uzaqlaşaraq, tərəvəz və meyvə əkinçiliyinə çevrilir. İqtisadiyyatın nəqliyyat kimi bəzi sahələri də artmaqdadır. M34 magistral yolu Gicduvanı Buxara, Səmərqənd və Daşkəndi daxil olmaqla ölkənin ayrı bölgələrinə birləşdirir.
Tarixən Gicduvan başqa böyük ticarət mərkəzlərinə səyahət edən və yerli bazara müxtəlif mallar gətirən çalışqan tacirləri ilə tanınırdı. Görünür ki, bu nüfuzu bu günə kimi qoruyurlar. Yerli iş adamları Çin, Rusiya, Baltikyanı ölkələr, Türkiyə və İrana topdan mal almaq və Gicduvana gətirmək üçün səyahət edirlər. Bu günlərdə yaxın bölgələrdən alıcılar ərzaq məhsulları, müxtəlif növ ləvazimatlar, məişət texnikası və elektronika, avtomobil hissələri, geyim və s. daxil olmaqla hər cür alış-veriş üçün Gicduvana gəlirlər. Gicduvanın ətraf ərazilərdəki tacirlərin olduğu bütün satış bazarı var. Burada yerlilərin mal-qarasını ala və sata biləcəyi bir heyvançılıq bazarı da fəaliyyət göstərir.
Gicduvan sənətçiləri yerli iqtisadiyyatda önəmli rol oynayaraq, işləri isə turistlər üçün böyük bir cazibədir. Bura dulusçuluğa bənzərsiz bir firuzəyi-mavimsi boya tətbiq etməklə təyin olunan fərqli saxsı üslubuna malikdir. Şahzadə Çarles, Qaller Şahzadəsi və Hillari Klinton da daxil olmaqla bəzi tanınmışlar yerli sənətkarların işlərini görmək üçün Gicduvanda olmuşlar.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.