From Wikipedia, the free encyclopedia
Georgios Kandilis (yun. Γεώργιος Κανδύλης; 14 aprel 1915, Bakı, Bakı quberniyası, Rusiya imperiyası[1] – 10 may 1995[2][3][…], XIV arondisman, Paris, Fransa) — XX əsrin məşhur yunan və fransız memarı və şəhərsalma mütəxəssisi.
Georgios Kandilis | |
---|---|
yun. Γεώργιος Κανδύλης | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 aprel 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 10 may 1995[2][3][…] (80 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Paris, Tuluza, Afina |
Memarlıq üslubu | modernizm |
Vikianbarda əlaqəli mediafayllar |
Georgios Kandilis 1911-ci il 29 mart tarixində Rusiya imperiyasının Bakı şəhərində yaşayan yunan ailəsində anadan olmuşdur. Onun atası Trabzondan olan Pont əsilli idi. Anasının kökük isə yunan adası Xiosa gedib çıxırdı. Özünün uşaqlıq xatirələri barədə Kandilis danışarkən Oktyabr inqilabını və Bakıya Qızıl Ordunun daxil olmasını qeyd etmişdir. Lakin sonralar onun atası həbs olunmuş, anası ağır xəstəliyə düçar olmuş, kiçik qardaşı isə vəfat etmişdir. Atası azad olunduqdan sonra İrana meşə ticarəti ilə məşğul olmağa yollamışdılar. Gənclik illərində Kandilis ailəsi ilə birlikdə Yunanıstana gəlmiş, burada yunan dilini dərindən öyrənmək imkanı əldə etmiş və yunan vətəndaşlığını almışdır. Afina şəhəri yaxınlığında yerləşən Kolonaki rayonundakı 3 saylı gimnaziyanı bitirmişdir.
1931–1936-cı illərdə Kandilis Afina Politexnik Universitetinin memarlıq fakültəsində müəllimlər Anastasios Orlandos və Dmitris Pikionisdən dərs almışdır.[4].
Politexnik Universitetinin tələbəsi kimi Kandilis universitet binasında memarlıq üçün tarixi sayılan hadisələrdə iştirak etmək imkanı əldə etmişdir. Məşhur franko-isveçrəli memar Le Korbuzye CİAM-ın beynəlxalq konqresslərinin keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu konqresslər müxtəlif ölkələrdən olan memarların memarlığın yenilənməsi ideyalarının birləşdirilməsi üçün keçirilirdi. 1933-cü ildə Afinada keçirilən CİAM-ın IV beynəlxalq konqressində Le Korbuzyenin Şəhərsalma konsepsiyaları konqressdə qəbul olunmuş "Afina xartiyası"nın əsasını təşkil etdi. (Əslində konqress "Patris" adlı yunan teploxodunun Marseldən Pireyə və oradan da Afinaya doğru yan aldığı zaman başlamış və davam etmişdir.)[5] Təhsilini bitirdikdən sonra Kandilis Omoniya meydanında memarlıq bürosu açmış və eyni zamanda Politexnik Universitetində İoannis Despotopulosun yanında köməkçi kimi çalışmışdır. 1940-cı ildə Kandilis yunan ordu sıralarına cəlb olunmuş və yunan-italyan müharibəsində iştirak etmişdir.
1945-ci ildə Kandilis Afina fransız institutunun direktoru Oktavi Merlye tərəfindən fransız hökumətinin təqaüdü ilə təmin edilən və Britaniyanın Yunanıstana hərbi müdaxiləsindən sonra ölkəni tərk etməyə imkan yaradılan və əksəriyyəti siyasi cəhətdən sol düşüncəli olan 95 yunan intellektual arasında idi. (Onların arasında ingilislərlə müharibədə Politexnik Universitetinin tələbələrdən ibarət "Bayron" rotasının tərkibində iştirak edərək yaralanmış gələcəkdə bəstəkar olacaq Yanis Ksenakis və heykəltaraş Memos Makris də var idi.)[6]. Kandilis Parisə gəldikdən tez bir müddət sonra Le Korbuzyenin memarlıq bürosuna daxil olur. Korbuzye ona ASCORAL-ın (Memarlıq İnnovasiyalarının İnşaatçılarının Assosiasiyası) direktorluğunu həvalə etmişdir. 1945–1952-ci illərdə Le Korbuzye ilə birlikdə Kandilis Unité d’Habitation layihəsində (Marsel şəhərinin yolları) iştirak etmişdir.
1951–1952-ci illərdə Shadrach Woods və Henri Piotla əməkdaşlıq etdiyi vaxtlarda baş ofisi Mərakeşin Tanjer şəhərində yerləşən Atbat-Afrique şirkətinə rəhbərlik etmişdir. Onun Kasablanka şəhərində Sémiramis və Nids d’abeille yaşayış evlər kompleksini layihələşdirməsi dünyaşöhrəti gətirmişdi. 1953-cü ildə CİAM təşkilatının IX Beynəlxalq Konqressi çərçivəsində Georgios Kandilis Cankarlo De Karlo, Aldo van Eyk, Alison və Piter Smitson qardaşları və Shadrach Woodsla birlikdə Team X qrupunu təsis etmişdir. Bu qrupun fəaliyyət sahəsi 1959-cu ildə öz fəaliyyətini dayandırmış Beynəlxalq Konqresslər İnstitutunun fəaliyyət planının davamı idi.
1954-cü ildə Alexis Josic və Shadrach Woodsla birgə əməkdaşlıq sayəsində Kandilis Parisdə büro açır. Tezliklə onlar "Operation Million" adlı müsabiqənin qalibi olurlar. Bu hadisə sayəsində onların bürosu tanınmağa başlayır və özünə müştəri cəlb edə bilir. Növbəti 15 il ərzində onlar Fransanın memarlıq hadisələri dövründə ön xəttdə idilər. Onların gördüyü işlərə Mirey (Tuluza) kimi yeni şəhər (1961–1971-ci illərdə) və Banyol-syur-Sez şəhərinin genişlənməsi (1956–1961) kimi işlər aid idi. 1965-ci ildə tələbələrin iştirakı ilə Kandilis Paris Ali İncəsənət məktəbinin professoru seçilmiş, 1968-ci ilin mayında baş verən hadisələrdən sonra da burada dərs deməyini davam etdirmişdir. Çünki həmin dövrdə çoxlu professorlar universitetlərdən qovulmuşdur. Bununla yanaşı Kandilis ilk əcnəbi müəllim və bu məktəbin məzunu olmayan yeganə müəllim olmuşdur. Eyni vaxtda Kandilis Avropanın və Fransanın digər universitetlərində də mühazirələr demişdir.
1969-cu ildə onun Joic və Woodsla əlaqələri kəsilir. Bu vaxtdan etibarən Kandilis Fransada müstəqil memar kimi çalışmağa başlayır. O bu müddət ərzində Şərqi Pireney regionunda Port-Leucate və Port-Barcarès kimi kurortları layihələşdirmişdir. O, 1970-ci ildə Tuluza şəhərində yerləşən Universitetin memarlıq fakültəsini yaratmışdır.
1979-cu ildə Kandilis fransız hökuməti yanında ali mədəniyyət komitəsinin üzvü təyin olunmuşdur.
Kandilis dəfələrlə Yunanıstan hökumətinin şəhərsalma işlərində məsləhətçi kimi çıxış etmişdir. 1962-ci ildə Kandilis Böyük Afina mərkəzinin paytaxtın sahilyanı rayonu Neo Faleroya yerləşdirilməsi layihəsini irəli sürmüşdür.[7].
Gələcəkdə Delf Avropa mədəniyyət mərkəzinin prezidenti olacaq Kandilis arxeoloji meydançadan şərqə doğru 1 km məsafədə açıq teatr tikintisini təklif etmişdir. Kandilisin ölümündən sonra onun ideyasını 2004-cü ildə memarlar Eleni Hadzinikolau və Solon Ksenopulos həyata keçirmişdilər.[8].
Ömrünün son illərini Kandilis Yunanıstanda çalışmışdır. O, 1896-cı ildə Afinada keçirilmiş ilk müasir Olimpiya Oyunlarının 100 ildən sonra yenidən 1996-cı ildə Olimpiya Oyunlarının Afinada keçirilməsini istəyən "Afina 1996" qrupuna rəhbərlik etmişdir.
Lakin final səsverməsində Afina Atlantaya uduzmuşdur. Səsvermənin nəticələrini yunanlar Atlantanın yox, məhz Koka-Kolanın qazandığını bildirmişlər. Çünki Koka-Kola kampaniyasının baş ofisi ABŞ-nin Corciya ştatının Atlanta şəhərində yerləşir.[9]
1995-ci il 10 may tarixində Kandilis Parisdə dünyasını dəyişmişdir.[10].
Lakin onun 1996-cı ildə namizədliyə hazırlıq dövründə irəli sürdüyü ideyaları və işləri "Afina 2004" dosyesinin əsasını təşkil etmişdir. 2004-cü ildə Afinada Olimpiya Oyunlarının keçirilməsinin namizədlik uğuru Kandilisin xatirəsinə həsr olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.