From Wikipedia, the free encyclopedia
Gürcüstan mədəniyyəti (gürc. ქართული კულტურა) — Gürcüstanda mədəniyyət.
Dövlət | Gürcüstan |
Muxtar ərazi | |
Gürcü taxtına namizəd | Baqrationilər:
|
Yaşadığı ərazilər | Türkiyə, Azərbaycan, |
Gürcülərə qarşı etnik təmizləmənin baş verdiyi ərazilər | Abxaziya, Cənubi Osetiya |
Dini fəaliyyət |
|
Etnoqrafik qrupları |
|
Diaspora ölkələri |
Rusiya, İran, Ukrayna, |
1801-ci ildə Gürcüstanla Rusiya arasında müqavilə bağlanması, və Şərqi Gürcüstanında Rusiyaya ilhaq olunması gürcülərin ümumilikdə rus mədəniyyət ilə tanışlıqlara gətirib çıxarmışdır. Bir çox rus memarlığına aid incəsənətə aid elementlər Gürcüstan sənətkarları tərəfindən mənimsənilmişdir. XIX əsrin əvvələrindən başlayaraq Gürcüstan incəsənətində və memarlığında klassik rus memarlıq üslubları hiss edilməyə başlamışdır. Memarıq baxımından fərqlənən Tiflis şəhəri idi. XIX əsrin I yarısında gürcü rəngkarlığında Qərbi Avaropa rus rəngkarlığının təsiri özünü göstərirdi. Bu dövrdə Gürcüstanda görkəmli rəssamlar, heykəltəraşlar fəaliyyət göstərirdi. Milli mövzulara müraciət etməklə realistcəsinə fəaliyyət göstərən rəssamların işləri göz oxşayırdı.
Belə rəssamlardan biri Niko Pirosmanaşvili (1862-1918) idi. Gürcü xalq rəssamı olan Pirosmanaşvili Pikassonun ən sevimli rəssamlardan biri idi. Pirosmanaşvili daha çox heyvanları, süfrədə yemək verən insanları təsvir etmişdir. Heç bir rəssamlıq üzrə təhsil almamışdır, öz özünü yetişdirmişdir. Rəssam sağlığında Gürcüstan və Rusiya xaricində çox tanınmışdır. Pirosmani, yaşadığı qəsəbəni ziyarət edən bir fransız aktrisaya aşiq olmuş və onun şəkillərini çəkmişdir. Bu eşq əhvalatı, Andrey Voznesenskinin bir şeir və Alla Puqaçovanın söylədiyi bir mahnıyla məşhur bir əhvalata çevrilmişdir. Rəssamın ən məşhur tablosu aşiq olduğu Aktrisa Marqaritanın təsvir olunduğu əsər idi.Dünyada məşhur olan əsərləri sırasında bacısını təsvir etdiyi "Çətirli qadın", "Pivə kuboklu qadın", "Ata və oğul" və s. adını çəkə bilərik.Aktrisa Marqarita Pirosmaşvilini tərk edəndən sonra rəssam, yoxsul vəziyyətə düşmüş, hayatını evsiz olaqaraq davam etdirmişdir.Ancaq şəkil çəkməyi davam etdirdi və şəkillərini qarının doyurduğu restoranlara verirdi. Əsərlərini satmaq üçün dükanlara müraciət edirdi.Vəsaiti olmadığı üçün əsərlərini qara plaş (tr-muşamba) üzərində çəkiridi.Həmin dövrdən etibarən plaş onun orijinal materilı oldu.Şair İlya Zdaneviçin səyi ilə 1913-cü ildə qəzetdə rəssam və əsərləri haqqında məqalə gedəndən sonra o ,tanınmağa əsərlərin dəyəri başa düşülməyə başladı.Rəssam buna baxmayaraq, yenə də həyatının yoxsulluq və təklik içində tamamlamışdır. Məzarının yeri məlum deyildi. Əsərləri, ölümündən sonra bir araya getirilmişir. Pirosmaninin əsərləri Türkiyədə ilk dəfə İrinə Arsenişvili İstanbuldakı Təqdim etmiş və İnan Quraq Vəqfi Pera Muzeyində 2007-ci ilə avqustda sərgilənmişdir. Ayrıca İstanbulda, adını daşıyan Türkcə və Gürücə Pirosmani jurnalı nümayiş olunmuşdur və adına açılmış bir incəsənət qalereyası fəaliyyət göstərir. Beləlikə biz sırf olaraq gürcü incəsənətini N. Pirosmanin yaradılığı ilə məhdudlaşdıra bilmərik, həmin dövrdə Pirosmani ilə yanaşı A. Beredizi, Qabaşviri və başqaları da fəaliyyət göstərirdi.
Gürcüstanın şərqində, Msxeta şəhəri yaxınlığında VI əsrə aid Gürcü Ortodoks Cvari monastırı Msxetadakı digər tarixi abidələrllə birlikdə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Cvari kilsəsi dörd absidalı və dörd nişli tetrakonx qübbəli kilsələrin ən erkən nümunələrindən biridir.[1] Dörd absida arasında üçbucaqlı silindrik nişlər yerləşir. Onlar əsas hissəyə açılmaqla dördbucaqlı mərkəzi hissəyə keçir, daha sonra isə tromp vasitəsiylə barabanla əlaqələndirilir. Bu “dörd absidalı dörd nişli” kilsə dizaynına Gürcüstan, Ermənistan və Qafqaz Albaniyasının memarlığında rast gəlinir və ən mükəmməl nümunəsi Vağarşapatdakı Müqəddəs Ripsime kilsəsi hesab edildiyindən tez-tez “Rimsime-tipli plan” adlandırılır. Cvari kilsəsi Gürcü memarlığının gələcək inkişafına böyük təsir göstərmiş və bir çox başqa kilsələr üçün model rolunu oynamışdır. Kilsənin fasadını Ellin və Sasani təsirləri hiss edilən barelyeflər bəzəyir. Onların bəzilərinin yanında Gürcü Asomtavruli yazıları ilə yazılmış izahedici kitabələr var. Cənub fasadındakı giriş timpanı Xaçın mədh edilməsi mövzusunda relyeflərlə bəzədilmişdir. Eyni fasadda həm də Məsihin yüksəlməsi səhnəsi təsvir edilmişdir.
Gürcüstan ali məktəb sisteminə universitetlər, akademiyalar və institutlar daxildir. Ölkədə 26 dövlət ali məktəbi (onlardan səkkizi universitetdir) və 209 özəl ali məktəb fəaliyyət göstərir.Əsas ali təhsil müəssisələri bunlardır:
Yerli mətbəx, sözün əsl mənasında, yüksək sənət nümunəsidir. Adi göy-göyərtidən bir şey yaratmaq üçün nə qədər səy və fantaziya lazım olduğu yalnız gürcü aşpazına bəllidir. Məsələn, əfsanəvi concoli görünüşünə görə adi bitki budaqlarıdır, lakin əslində, delikatesdir, yalnız bir yerdə - Leçxumedə toplanır, duza qoyulur və iki sutkadan artıq olmamaq şərtilə saxlanılır. Bir çəngə ətirli göyərti — keşniş, tərxun, reyhan, kəklikotu, soğan, nanə masa üzərində qoz sousunda təzə və bişmiş otların qarışığından ibarət xırda doğranmış pxalinin yanında sadə ikebanaya bənzəyir.
Buradakı əsas yeməklər zənginliyi və zərif dadı ilə fərqlənir. Gürcü süfrəsinə dəvət olunan qonağa əvvəlcə sasivinin (qoz sousunda bişirilmiş hind quşu), sonra hər bir ailədə xüsusi resept ilə hazırlanan lobyanın (pomidor sousunda bişirilir), eləcə də kaxetiyalıların sevimlisi olan xaşlamanın (ədviyyatlarla qaynadılıb bişirilmiş ət) dadına baxmağı təklif edirlər. Maraqlıdır ki, Gürcüstanın, demək olar, hər bir regionu özünə aid pendir növü ilə öyünə bilər. Məsələn, İmeretiyada qadazelili nanəsi ilə çox yumşaq pendir hazırlayırlar, Teuletidə isə, əsasən, qoyun pendirinə üstünlük verirlər, quda adlanan bu pendir eyniadlı torbalarda tutulub hazırlanır. Gürcü mətbəxində pendirdən qəlyanaltı kimi (çiy və ya qızardılmış şəkildə), eləcə də müxtəlif xörəklərin tam hüquqlu inqrediyenti kimi istifadə edirlər.
Qafqazın hər yerində ət yeməkləri hazırlamağı bacarırlar, lakin təkcə imkanları müsəlman qadağaları ilə məhdudlaşmayan gürcülər seçim bolluğu ilə öyünə bilərlər. Ədviyyatlarla qaynadılmış qoyun əti - ətirli buğlama; qızardılmış mal filesi – ləzzətli basdırma; xingal - Gürcüstanın dağlıq hissəsinin sakinlərinin sevimli yeməyi (ət ət maşınından keçirilmir, jele halına düşənə kimi çapacaq ilə döyülür); kuçmaçi – qara ciyərdən, ürəkdən, ağ ciyərdən və dildən hazırlanmış isti yemək; və ənənəvi çaxoxbili (pomidor sousunda bişirilmiş toyuq) – bu xörək əvvəllər yalnız qırqovuldan hazırlanardı. Eləcə də qoyun, dana, hind quşu, donuz, nərə balığından hazırlanan kabablar; bunlar şişlərdə və ya kesaxlarda, gürcü gil tavalarında hazırlanır.
Turizm Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir.[3] Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.