Azərbaycan dövlət xadimi From Wikipedia, the free encyclopedia
Gündüz Hacı oğlu Kərimov (1977, Qazax) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü.
Gündüz Kərimov | |
---|---|
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri | |
Vəzifədədir | |
2 dekabr 2019-cu ildən | |
Vəzifədədir | |
13 noyabr 2017-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
İxtisası | 1-ci dərəcə dövlət müşaviri |
Gündüz Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. Evlidir, iki övladı var.[1]
1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. 1994-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.[1]
1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq" üzrə müsabiqədə 2-ci yer qazanıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi" mövzusunda hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1998–1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999–2001-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib. 2002 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011–2014 — BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində, 2014–2020-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi vəzifəsində çalışıb. 2014-cü ildən 2017-ci ilin noyabrınadək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri olub. Bundan başqa, o, 2002-ci ildən "Baker & McKenzie" hüquq şirkətinin Bakı ofisinin baş hüquqşünası, partnyoru, Bakı ofisinin idarəedici partnyoru (2012–2017-ci illər) işləyib.[1]
2017-ci il fevral-noyabr aylarinda "Baker & McKenzie" hüquq şirkətinin Dubay ofisinin partnyoru olub.
13 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin olunub. 2 dekabr 2019-cu ildən eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin olunub.[2]
31 avqust 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir.[3]
20 iyun 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Gündüz Kərimova 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.