From Wikipedia, the free encyclopedia
Gülyaz Məmmədova (1 may 1970, Böyük Dəhnə, Şəki rayonu) — xanəndə. Azərbaycan Respublikasının xalq artisti (2014). Azərbaycanlı xanəndə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın bacısı.
Gülyaz Məmmədova | |
---|---|
Məmmədova Gülyaz Zakir qızı | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Dəhnə, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, musiqi pedaqoqu, xanəndə |
Fəaliyyət illəri | 1992-ci ildən |
Musiqi aləti | qaval |
Mükafatları |
Məmmədova Gülyaz Zakir qızı 1970-ci il may ayının 1-də Şəki rayonu Böyük Dəhnə kəndində anadan olub. Gülyaz xanımın atası Zakir kişinin ailəsi Şəki rayonunda musiqiçilər ailəsi kimi tanınır.
1977-87-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində oxuyub. Böyük Dəhnə kənd orta məktəbində oxuyarkən, özünə məxsus ifası ilə diqqəti cəlb edən Məmmədova bacıları birlikdə rayon tədbirlərində fəal iştirak edib. 1982-ci ildə ilk dəfə Gülyaz, bacıları Rəhimə və Gülyanaqla Azərbaycan televiziyasında Ələkbər Tağıyevin “Azərbaycan gəncləri” mahnısı ilə çıxış ediblər. Ailə ansamblı ilə birgə televiziyada çıxış edib.
1988-92-ci illərdə Gülyaz Məmmədova Asəf Zeynallı adına musiqi texnikumunu muğam ixtisası üzrə bitirib. Texnikumda oxuduğu illərdə müəllimi məşhur muğam bilicisi, Əməkdar müəlim Nəriman Əliyev olub. Tələbə olarkən 1990-1991-ci illərdə “İçərişəhər” folklor ansamblında çalışıb.
1991-ci ildə Rəşid Behbudov adına Mahnı teatrında işə dəvət edilib. Burada bir il çalışıb. 1992-ci ildə Opera və Balet Teatrında işə dəvət edilib. 1993-cü il iyun ayının 25-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında ilk dəfə Leyli obrazında çıxış edib. Sonrakı illərdə Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasında Şahsənəm (1993), Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Gülbahar (2000), Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasında Telli (1998), Ramiz Mustafayevin “Vaqif” operasında Xanəndə qız (1997), Üzeyir Hacıbəylinin “Koroğlu operasında Xanəndə qız, Vasif Adıgözəlovun “Natəvan” operasında Xanəndə qız, Niyazinin “Rast” baletində Xanəndə kimi obrazları dəfələrlə oynamışdır.
1996-cı ildən Asəf Zeynallı adına Musiqi kollecdə müəllimə kimi muğam sənətinin sirlərini tələbələrinə aşılayır. Tələbələrindən Kamilə Nəbiyeva, Nigar Rəhimova, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Sədəf Budaqova, Novruz Hüseynov və İlahə Rüstəmova Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə layihəsi olan Muğam müsabiqəsində qalib və lauerat olublar.
1997-ci ildə rəsmi müqavilə ilə Rəşid Behbudov adına Mahnı teatrında işə qəbul edilib və 2014-cü il mart ayının 1-nə kimi orada çalışıb. Mahnı teatrında “Rəşid” ansamblının bədii rəhbəri ustadı Xalq artisti, məşhur tarzən qarmon ifaçısı Kamil Vəzirov olub. 2023-cü ildə yenidən Rəşid Behbudov adına Mahnı teatrında solist kimi çalışır.
Mədəniyyət nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində, o cümlədən Avstriya Almaniya, Rusiya, İsveç, Fransa, Norveç, MDB dövlətlərində və digər ölkələrdə qastrol səfərlərində olub
2002-2006-cı illərdə İncəsənət universitetinin muğam şöbəsində oxuyub və oranı uğurla başa vurub.Ustadı Canəli Əkbərovdan dərs alıb. 2006-cı 2018-ci illərdə Bakı Humanitar kollecində muğam sənətindən dərs deyib.
2007-2011-ci illərdə Nəriman Əliyev adına Muğam studiyasında dərs deyib. Qeyd edək ki, Muğam studiyası 1992-ci ildə Başxanım Abbasova tərəfindən yaradılmışdır. Studiyada əməkdar müəllim Nəriman Əliyev və onun tələbəsi Qəzənfər Abbasov dərs deyiblər. Studiyada məşhur xanəndə Gülxar Həsənova, Baba Mahmudoğlu da dərs deyib.
O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[1]
2022-ci il mart ayının 7-də Opera və Balet Teatrının bir çox solistləri İctimai televiziyanın Şuşada Novruz bayramı layihəsi çərçivəsində hazırladığı film-konsert çəkilişində iştirak etdilər. Tədbir çərçivəsində “Arşın mal alan”, “Koroğlu”, “O olmasın, bu olsun” opera tamaşalarından səhnələr çəkildi. Gülyaz Məmmədova həmişəki kimi “Arşın mal alan”da Telli rolunu canlandırdı. Çəkilişə Azərbaycan Opera və Balet Teatrının rejissoru Azərbaycanın Əməkdar İncəsənət xadimi Hafiz Quliyev xüsusi dəvət edilmişdi. Çəkilişlər Bülbülün ev muzeyində, Natəvan bulağının qarşısında, Cıdır düzündə baş tutub.
2023-cü il dekabr ayının 3-7 tarixlərində İraqın paytaxtı Bağdad şəhərində "Beynəlxalq İrs" festifalı kecirilib. Festivalda Azərbaycanı İdris Hüseynovun rəhbərliyi ilə "Muğam" qrupu və Xalq artisti Gülyaz Məmmədova təmsil edib. Dekabrın 6-da səhnəyə çıxan "Muğam" qrupu tamaşaçılar, o cümlədən tədbirdə iştirak edən İraqın tanınmış elm, sənət xadimləri, yüksək səviyyəli rəsmi dövlət nümayəndələri tərəfindən böyük alqışlarla qarşılanıb. Tədbirdə "Muğam" qrupunun solisti Xalq artisti Gülyaz Məmmədova muğam, xalq mahnıları və təsnifləri ifa etmişdir. Gülyaz Məmmədovanı tarda "Muğam" qrupunun bədii rəhbəri İdrıs Hüseynov, kamancada Fərid Babayev, balabanda Adil Müslümov, ritm alətlərində Vəfadar Ramizzadə müşayiət ediblər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.