Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903[1], Şimonoseki, Yamaquçi prefekturası[2] – 29 iyun 1951[3] və ya 28 iyun 1951[1], Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir.[4]
Həyatı
1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb.[5]
Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb. Burada tanış olduğu və qısa müddət birlikdə yaşadığı sevgilisi tərəfindən aldadıldıqdan sonra qadın ofisiant, satıcı və digər işlərdə işləməli olub. 1926-cı ildə rəssam Ryokutoşi Tezuka ilə tanış olaraq onunla evlənib. 1951-ci ildə ölüb.[5]
Yaradıcılığı
Qadın yazıçıları hədəf alan "Nyonin geijutsu" jurnalının redaktoru tərəfindən ziyarət olunduqdan sonra ilk uğurlarını qazanmağa başlayıb. Deyilənə görə Hayaşi o qədər yoxsul idi ki, redaktoru hamam paltarı ilə qarşılamalı olmuşdu, çünki evindəki yeganə paltar o idi. Hayaşinin jurnal redaktoruna 1928-ci ildə təqdim etdiyi "Avaranın gündəliyi" hekayəsi 600 min nüsxə satıb və ölkədə yazıçı kimi tanınmağa başlayıb.[5]
Anası Kikunun qızına böyük təsiri olub və hətta əsərlərində də bunu əks etdirib. Bundan əlavə, yoxsulluq illərində yaşadığı təcrübələrindən daha sonra yazıçılıq karyerasında istifadə etmişdi. 1948-ci ildə nəşr olunan "Şəhər mərkəzi" adlı hekayəsi bunun bir nümunəsidir.[5]
1931-ci ildə "Yoxsulluq qeydləri" adlı avtobioqrafik əsəri də uğurlu olub. Əsərdə Tezuka ilə olan həyatından səhnələrə də yer verib. 1935-ci ildə "İstridyə" və "İbis" kimi hekayələri də nəşr olunub.[6]
Evlənməsinə baxmayaraq, Hayaşi səyahət sevgisindən heç vaxt əl çəkə bilməyib. Avropa, Çin və Cənub-Şərqi Asiyaya uzun səyahətlər edib. 1941-ci ildə "Mainichi" qəzetinin əməkdaşı kimi Mancuriyaya səyahət edib və ordakı əsgərlər görüşüb və cəbhədən xəbərlər gətirib. Daha sonra bu səyahətində yaşadığı təcrübələr əsasında 1949-51-ci illərdə "Uçan bulud" adlı hərbi roman yazıb. 1948-ci ildə digər əsas romanı olan "Qoca payızgülü" romanı nəşr olunub. Yaşlanmış bir geyşanın izolyasiya şəraitində yaşamasından və keçmiş sevgililərindən birini qəbul etməsindən bəhs edən bu romana görə 1949-cu ildə Qadınların Ədəbi Mükafatına layiq görülüb.[6]
Əsərləri
Romanlar və hekayələr
- Uçan bulud (1951)
- Avaranın gündəliyi (1930)
- Yoxsulluq qeydləri (1933)
- Qoca payızgülü (1952–1957)
- Sümüklər (1949)
- Şəhər mərkəzi (1948)
Poemalar
- Ümidsizlik mahnısı
- Evə qayıdış
- Lord Budda
İstinadlar
Ədəbiyyat
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.