From Wikipedia, the free encyclopedia
Fumi-e (踏み絵, "fumi" basmaq, "e" şəkil?) – Tokuqava şoqunatı dövründə Yaponiyada xristian olanları müəyyənləşdirmək üçün istifadə olunan İsa və Məryəm təsviri. Xristianlığın qadağan olduğu dövrdə Yaponiya rəsmiləri xristianları müəyyənləşdirmək üçün onlardan həmin təsvirlərə ayaqla basmaları tələb olunurdu.[1]
Fumi-edən istifadə 1629-cu ildə xristianların Naqasakidə təqibləri ilə başlayıb. Onların istifadəsi 13 aprel 1856-cı ildə limanların xaricilərə açılmasından sonra rəsmi olaraq dayandırılsa da, qeyri-rəsmi istifadəsi bir müddət də davam edib. Sözügedən təsvirlər həm də ita-e adlanırdı.[2]
Yaponiya hökuməti fumi-edən katolikləri və təqibçilərini tapmaq üçün istifadə etmişdir.[3] Fumi-e Bakirə Məryəm və İsa təsvirləri idi. Hökumət rəsmiləri şübhəli şəxsləri bu təsvirlərə basmağa məcbur edirdilər. Təsvirlərə basmaq istəməyən şəxslər katolik hesab edilirdi və Naqasakiyə göndərilirdilər. Edo hökumətinin siyasəti onları xristianlıqdan döndərmək idi. Lakin əgər dindən qayıtmaq imtina etsələrdi, işgəncələrə məruz qalırdılar. Əgər imtina etməyə davam etsələrdi, hökumət onları öldürürdü. Edamlar bəzən Naqasakidəki Unzen dağında baş tuturdu: xristianları onsenlərdə qaynadıb öldürürdülər.[4]
Xristianların edam olunması qeyri-rəsmi olaraq 1805-ci ildə dayandırılmışdı.
XVIII əsr Avropası fumi-edən xəbərdar idi. Bəzi müəlliflər - Conatan Svift "Qulliverin səyahəti" (1726), Oliver Qoldsmit "Dünya vətəndaşı" (1760), Volter "Kandid" (1759)[5] - öz əsərlərində bu məsələyə toxunmuşdular. Müasir Yaponiya ədəbiyyatında Şusaku Endonun "Səssizlik" romanında fumi-e ssenari elementlərindən biridir.[6][7]
Bəzi teoloqlar fumi-enin yapon xristianları üzərindəki təsirini aşkarlamağa çalışmıdırlar. Bəziləri fumi-eni İsanın sevgi və əfvinin nişanəsi kimi görmüşdür.[8]
Yaponiyada bəzi xristianlar öz inanclarını qorumaq üçün fumi-e yerinə yetirmişdilər və gizli şəkildə (Kakure Kirişitan) inanclarına sadiq qala bilmişdilər. Yaponiyada xristianlıq yenidən leqallaşanda Yaponiyada cəmi 20.000 gizli xristian vardı. Fumi-edən öncəki dövrdə isə Naqasakidə 500 min xristian vardı. Oklend Universitetinin professoru Mark Mallins qeyd edir ki, bu göstərici fumi-enin effektiv olduğunu göstərir.[9]
Fumi-e əsasən bürüncdən hazırlanırdı, lakin bəziləri daşdan və ya taxtadan da hazırlanırdı. Salamat qalmış fumi-elərin sayı azdır,[5] çünki bir çoxu ya atılıb, ya da başqa şeylər üçün istifadə olunub. Bəzi nümunələr 2007-ci ildə Smitsonian İnstitutundakı "Dünyanın əhatəsi: Portuqaliya və dünya XVI və XVII əsrlərdə" sərgisində sərgilənib.[10][11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.