Fuci dağının 100 görünüşü (hekayə)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Fuci dağının 100 görünüşü (富嶽百景, Fuqaku Hyakkey?) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1939-cu ildə nəşr olunmuş avtobioqrafik hekayə.
Fuci dağının 100 görünüşü | |
---|---|
Fuqaku Hyakkey (富嶽百景?) | |
Müəllif | Osamu Dazai |
Janr | mən-roman |
Dil | yaponca |
Orijinalın nəşri | fevral 1939 |
Səhifə | 20 |
Hekayə protaqonistin (yazıçının özünə əsaslanıb) 1938-ci ilin payızında yaşadığı təcrübələri təsvir edir. Onun Fuci dağı barədə təəssüratları mənfidir və gözəlliyinin şişirdilmiş olduğunu düşünür, hətta Fuci dağının Tokiodan olan mənzərəsinin çirkin olduğunu bildirir və Utaqava Hiroşiqenin Fuci təsvirlərinin yanlış olduğunu hesab edir.
Yazıçı bu zehniyyətdən qurtulmaq üçün Fuci dağının gözəl mənzərəsi ilə tanınan Misaka keçidinə səyahət edir və burada dostu Masuci İbuse ilə görüşür. İbuse burada yeni əsərlər yazmaqla məşğuldur. Ailəsi yazıçı üçün evlilik təşkil etdiyi üçün Masuci onu Kofuya apararaq qızla tanış edir. Fuci dağının Kofudakı mənzərəsindən təsirlənən yazıçı qızla evlənməyə razı olur, daha sonra Misakaya qayıdır.
Yazıçı vaxtının çoxunu Misaka yerləşən çay evində keçirir, Fuci dağını seyr etməyə gələn turistlərə kinayə ilə yanaşır. Onun Fuci dağı haqqında fikirləri mənfi olsa da, burada vaxt keçirdikcə və Fuci dağının mənzərəsini seyr etdikcə fikri dəyişməyə başlayır. O, Misakadan Kofuya yolda düşməyə hazırlaşarkən yolda iki gənc qızla rastlaşır. Qızlar yazıçıdan onların Fuci dağı ilə fotosunu çəkməyi xahiş edirlər. Protaqonist sadəcə Fuci dağının fotosunu çəkir və Fuci dağına təşəkkür edərək uzaqlaşır.
"Fuci dağının 100 görünüşü" 1938-ci ildə yazılmış və ilk dəfə "Buntay" (文体?) jurnalının 1939-cu ildəki fevral/mart buraxılışında nəşr olunmuşdur.[1]
Dazai 1938-ci ildə Misaka keçidində yerləşən bir çay evinə səyahət etmiş, 13 sentyabrdan 15 noyabra qədər burada qalmışdır. Burada keçirdiyi vaxt ərzində ilk romanı olan "Feniks" üzərində işləsə də, roman yarımçıq qalmışdır. Dazai səyahətdə yaşadığı təcrübələr əsasında "Fuci dağının 100 görünüşü" əsərini yazmağa qərar vermişdir.[2]
Dazai əsəri yazdığı dövrdə çətin vaxtlardan keçirdi və ailəsinin ona təşkil etdiyi evlilikdən sonra ciddi yazıçılıq fəaliyyətinə qayıtmağa hazırlaşırdı. Dazai əsərdə ailəsinin onun üçün tapdığı və 1939-cu ildə evləndiyi Miçiko İşihara ilə tanışlığını təsvir etmişdir.[3]
Əsər "Shinchosha" nəşriyyatı tərəfindən Şova dövrü ədəbiyyatının ən yaxşı əsərlərindən biri seçilmişdir.[4] Osamu Dazainin hekayədə işlətdiyi "Axşam novruzçiçəkləri Fuci dağına çox yaraşır" (富士には、月見草がよく似合う?) ifadəsi məşhur olmuşdur.[5]
Hekayə əsasında 2006-cı ildə Yaponiyada "Fuci dağının 100 görünüşü: Uzaqdakı bir yer" (富嶽百景〜遙かなる場所〜, Fuqaku hyakkey: Haruka naru başo?) filmi çəkilmişdir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.