From Wikipedia, the free encyclopedia
Firudin Səməndərov (tam adı: Firudin Yusif oğlu Səməndərov; 12 yanvar 1939, Molday, Saatlı rayonu – 24 oktyabr 2019, Bakı) — azərbaycanlı hüquqşünas,[1] hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı (1985–1989), Bakı Dövlət Universitetinin rektoru (1992–1993).[2]
Firudin Səməndərov | |
---|---|
azərb. Firudin Yusif oğlu Səməndərov | |
Bakı Dövlət Universitetinin rektoru | |
1992 – 1993 | |
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı | |
1985 – 1989 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 2019 (80 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hüquq, cinayət hüququ |
Elmi dərəcəsi | hüquq elmləri doktoru |
Elmi adı | professor |
Firudin Səməndərov 1939-cu il aprelin 12-də Saatlı rayonunda Molday kəndində əkinçi ailəsində[3] anadan olmuşdur. 1948–1958-ci illərdə S. Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxumuş, oranı medalla bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, Lenin təqaüdü ilə oxumuşdur. 1966-cı ildə təhsilini başa vurduqdan sonra həmin universitetin Cinayət hüququ kafedrasında aspirant saxlanılmışdır.[2]
1970-ci ildə "Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri" mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə "Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Görkəmli hüquqşünas 1988–1992-ci illərdə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən milli istiqlal hərəkatında fəal iştirak edib.[2] 1990–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətində təmsil olunub.[4]
21 aprel 2014-cü ildə Bakı Dövlət Universitetində Firudin Səməndərovun anadan olmasının 75, əmək fəaliyyətinin 45 illiyinin tamam olması münasibətilə tədbir keçirilib.[5]
Hüquqşünas-alim 2019-cu il oktyabrın 24-də Bakı şəhərində 80 yaşında dünyasını dəyişib.[6] "Qurd Qapısı" adlanan qəbiristanlıqda dəfn olunub.[7]
Ailəli idi, Aydan və Yusif adında iki övladı var. Aydan ixtisasca psixoloqdur, psixologiya üzrə fəlsəfə doktorudur, dosentdir, BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğul olur.[3]
1969-cu ildən müəllim, daha sonra dosent kimi fəaliyyət göstərmişdir. 1997-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının professoru olan Səməndərov 1985–1989-cu illərdə həmin fakültənin dekanı, 1992–1993-cü illərdə isə universitetin rektoru vəzifələrində çalışmışdır. 1995-ci ildən "Cinayət hüququ və Kriminologiya" kafedrasının müdiri təyin edilmiş və 2019-cu ilin iyuluna qədər bu vəzifəni icra etmişdir.
Səməndərov məhsuldar elmi yaradıcılıqla məşğul olub. O, 10-dan artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Müxtəlif elmi nəşrlərdə 60-dan artıq elmi məqaləsi, respublikanın dövri mətbuatında dövrün aktual problemlərinə həsr edilmiş çoxsaylı məqalələri çap olunmuşdur.
Onun yazdığı iri həcmli "Cinayət hüququ. Ümumi hissə" dərsliyi 2002-ci ildə Respublika Kitabsevərlər Cəmiyyətinin mükafatına layiq görülmüş, hazırda Azərbaycanda hüquq, xüsusilə də cinayət hüququ üzrə ən mükəmməl dərslik sayılır. 2009-cu ildə həmin dərslik 4-cü dəfə nəşr edilmişdir.
Səməndərovun iştirakı və redaktorluğu ilə ilk dəfə milli dildə hazırlanan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası" cinayət hüququ sahəsində məşğul olan tədqiqatçıların və hüquq-mühafizə orqanları işçilərinin stolüstü kitabına çevrilmişdir. Cinayət Məcəlləsinin həm Ümumi, həm də Xüsusi hissəsini əhatə edən bu kommentariya məcəllənin praktikada düzgün tətbiq edilməsi işinə xidmət edir.
Professor 1995-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Hüquqi islahatlar komissiyasının, eyni zamanda Respublika Ali Məhkəməsi yanında Elmi Məsləhətlər Şurasının, Respublika Prokurorluğu yanında Elmi-metodiki Şuranın üzvüdür, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquq üzrə Elmi-metodiki Şurasının sədridir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsinin müasir tələblər və beynəlxalq standartlar səviyyəsində hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Respublika Ali Məhkəməsi Plenumunun qərarlarının hazırlanmasında, qanunun mübahisəli məqamlarının aydınlaşdırılmasında Firudin Səməndərov ekspert kimi yaxından iştirak edirdi.[2]
Səməndərovun Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun hazırlanmasında böyük töhfəsi olub.
Səməndərovun elmi kadrların hazırlanmasında xüsusi xidmətləri vardır. O, 3 elmlər doktoru və 35 elmlər namizədi hazırlamışdır. BDU-nun Hüquq fakültəsinin "Cinayət hüququ və kriminologiya, cəza-icra hüququ", "Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisasları üzrə hüquq elmləri namizədi adı verən Müdafiə Şurasının 3 il sədri olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.