From Wikipedia, the free encyclopedia
Ferizovik (serb. Урошевац, serb-xorv. Uroševac, alb. Ferizaj, türk. Ferizovik) — Kosovanın cənubunda yerləşən şəhər, bələdiyyə və rayon mərkəzi.[1]
şəhər | |
Ferizovik | |
---|---|
serb. Урошевац, alb. Ferizaj | |
42°20′24″ şm. e. 21°04′32″ ş. u.HGYO | |
Ölkə | Kosovo |
Rayon | Ferizovik rayonu |
Rayon | Ferizovik icması |
İcma | Ferizovik icması |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 573 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi | 108,69 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 70000 |
Digər | |
kk.rks-gov.net/ferizaj/ | |
Vikianbarda əlaqəli mediafayllar |
De-fakto olaraq Kosovo Respublikasının Ferizovik rayonunda; De-yure olaraq Serbiya Respublikasına bağlı olan Kosova ve Metohiya muxtar vilayətinin Kosovski rayonunda yer alır. Bundan başqa, de-yure olaraq Birləşmiş Millətlər Kosovo Müvəqqəti Missiyasının Yakova Bölgəsində (District of Urosevac) yerləşir.
Şəhərin adı Osmanlı idarəçiliyi dövründə qatar xətlərinin keçdiyi ərazidə yaşayan Firuz Ağanın adı ilə bağlıdır. Firuz adının Kosovoda Feriz olaraq tələffüz edilməsi şəhərin Türkcə adının da zamanla Ferizovik kimi istifadə edilməsi nəticəsini doğurmuşdur. Şəhərin Ferizaj (Ferizay) olan alban adı da Firuz adının bir variantıdır. Serblərin şəhərə verdikləri ad olan “Uroševac” isə Orta Əsrlərdə bölgədə hökmranlıq edən Serbiya kralı Ştefan Uroşun adı ilə bağlıdır. Bolqarca şəhərin adı Ferizoviç və Ferizovo kimi gedir.[2]
Şəhər üçün istifadə edilən digər bir ad olan "Tasyan" isə fransız "station" sözünün Türkcə tələffüz edilmiş şəklidir.
Ferizovik şəhəri, 1873-cü ilə qədər kiçik bir kənd halında olmuşdur. Şəhərin inkişafı Osmanlı dövrünün sonlarına doğru başlamışdı, belə ki Belgrad-Selanik qatar xəttinin açılması ilə bu şəhərin önəmi artdı.
1999-cü ildəki Kosovo Müharibəsində şəhər və şəhərlilər serblərin nəzarətindəki Yuqoslaviya Ordusu (JNA) tərəfindən böyük ziyana məruz qalmışdır. Bu həzin nəticələr müharibə bitən kimi, şəhərin serb əhalisinin şəhərdən qaçmasına gətirmişdir.
Ferizovik Kosovonun cənub hissəsində yer alır. Şəhər Priştina-Skopye və Prizren-Skopye avtomobil yolunun kəsişmə nöqtəsində yerləşir.
ABŞ-yə məxsus dünyanın saylı hərbi bazalarından biri olan Camp Bondsteel Hərbi Bazası bu şəhərin düz yanında yerləşir. Stansiyanın tikilişi 1999 NATO müdaxilələri sonra yaradılan yeni proseslə başlamışdır.
ABŞ şirkəti "Braun & Root" Bondsteel Bazası tikintisi səbəbilə şəhərdəki ən böyük işəgötürən olmuşdur. Bu şirkət üçün Ferizovikte 1500 nəfər işçi çalışır. Şəhərin dövlətə məxsus müəssisə və təşkilatlarının 22-si özəlləşdirilmişdir. Ticarət və Sənaye Nazirliyinin məlumatlarına görə, şəhərdə 4500-den çox kiçik və orta miqyaslı müəssisə var. Şirkətlərin 11%-i istehsal mərkəzli, 43%-i xidmət sektoru mərkəzli və 46-ı da ticarət mərkəzli formalardır.
Ferizovikte 3 televiziya stansiyası və 4 radio stansiyası qeydiyyatdan keçmişdir. Bunlar RTV TEMA, TV Liria, RTV Festina, Radio Ferizaj e Radio Fortuna adlı strukturlardır.
Şəhərin əhali faizlərinə dair dəqiq məlumatlar hələ ki yoxdur. Son siyahılar 1991-də edilmişdi və bu tarixdən günümüzə qədər Ferizovik və ətrafı bir çox demoqrafik dəyişikliklərlə üzləşdir. 2007-ci ilin bələdiyyə məlumatlarının proqnozlarına görə, şəhərin əhalisi 160.000-170.000 həcmindədir. Ən böyük say albanlara məxsus olub, onları müvafiq olaraq aşkalilər, romlar, qoralar, Boşnaklar, serb və türk millətləri izləyir.
1990-cı illərdə ətrafında şəhərin əhalisi 80.000 sayında olarkən, 1999 müharibəsi ilə bərabər ətrafdan və Serbiyanın müsəlman regionlarından edilən miqrasiyalarla şəhər əhalisinin sayında böyük artım baş vermişdir. 1998-1999 müharibə prosesində şəhər əhalisinin sayı 57.421 olaraq qeyd olunmuşdur. Rəqəmlərə görə bu əhalinin 82.1%-i alban, 9.4ü%-i serb. Qalan say isə digər xalqlara aiddir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.