From Wikipedia, the free encyclopedia
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır.[3]
Çöl pişiyi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Meşə pişiyi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir. Onlar nisbətən iri və ya xırda, sıx və seyrək yerləşəşmiş ola bilər. Başın peysər tərəfində 4 uzunsov tutqun zolaq, bel və qarın tərəflərində isə seyrək yumru qara ləkələr vardır. Quyruğunda 6–8 ədəd qara dairəvi zolaq vardır. Erkəklərdə kəllənin kondilobazal uzunluğu 88 – 103 mm, alın sümüklərinin eni 68 – 82 mm, dişilərdə isə bu göstəricilər 80 – 88 mm və 65 – 67 mm — dir.[4]
Avrasiyada, Afrikada və Qafqazda geniş yayılıb. Qarışıq ovalıq və dağ meşələrində (2000 m hündürlükdə) məskan salmağa üstunlük verir, daha az hallarda kollarda və evin çardağında yaşayır. Yuvasını oyuqlarda, qayaların dərələrində qurur. Qaranlıqda ova çıxır. Əsasən gəmiricilərlə, hərdən quşlarla qidalanır. Erkəklərin dəhşətli davalarıyla və qışqırığlarıyla müşahidə olunan cütləşmə fevral-mart aylarında başlayır. Hamiləlik dövrü 63–68 gün çəkir.[5] Bala pişiklər (3–8) kor doğulurlar, gözləri 9–11 gündən sonra açılır. ÇÖL PİŞİYİ-pişikkimilər fəsiləsindən olub yırtıcı və məməli heyvan cinsidir. Onlar xırda, orta və iri ölçülü olurlar. Kəlləsinin quruluşu, xəzinin rəngi və coğrafi yayılımasına görə pişiklər 20-dək yarım cinsə bölünür. Aralıq dənizi sahilboyu ölkələrdə, Orta Asiyada və Azərbaycanda yayılmış çöl pişiyi ehtimal olunur ki, ev pişiyinin əcdadı olmuşdu
Keçmişdə (keçən əsrin 50-ci illərinə qədər) çöl pişiyinə Naxçıvan MR-in Araz çayı vadisində, Muğan və Salyan düzənliklərində daha tez-tez təsadüf edilirdi. Burada ildə 3–4 çöl pişiyi əldə edilirdi. Hazırda buralarda çöl pişiyinə təsadüf edilmir. Çox az hallarda Hacınohur çöllərində təsadüf edilir. Burada 1965-ci ildə 4 çöl pişiyi əldə edilmişdir. Düzənliklərdə, cavan kolluqlarda, qamışlıqlarda və subasar meşəliklərdə yaşayırlar.
Azərbaycan ərazisində çöl pişiyi həmişə nadir növ olmuşdur. Keçən əsrin 50-ci illərində onlar Muğan və Salyan düzlərində, eləcə də Naxçıvanda, Araz vadisində çoxsaylı olmuş, indi isə həmin yerlərdə rast gəlinmir (X. Ələkbərov). 1965-ci ildə Acınohur çölündə 4 fərd əldə edilmişdir. Bununla yanaşı, N. K. Vereşagin hələ 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində yazırdı ki, bu növün nadirliyi hər il Lənkəran və Salyan rayonlarından 1–2, Naxçıvandan isə 2–3 dərinin tədarük məntəqələrinə daxil olmasından görünür. Son zamanlar Azərbaycanın xırda vəhşi pişiklərinin tədqiqatı ilə məşğul olan S. B. Nəsibov da növün nadir olmasını təsdiq etmişdir. Hal-hazırda sayı məlum deyil.[6]
Bu növün sayının dəyişməsinin əsas səbəbi onların yaşadığı yerlərdə kənd təsərrüfatı fəaliyyətinin güclənməsidir.
Qorunması davam etdirilməlidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.