From Wikipedia, the free encyclopedia
Fatimə binti Musa əl-Kâzım bilinən adıyla Fatimə Məsumə (Ərəbcə: فاطمة المعصومة, Farsca: فاطمه معصومه), Musa əl-Kazım və Nəcmə Xatunun qızı. Türbəsi İranın Qum şəhərindəki Fatimə-i Məsumə Türbəsidir.[2]
Fatimə binti Musa əl-Kazım | |
---|---|
ərəb. فاطمة بنت موسى الكاظم | |
Doğum tarixi | 21 mart 790[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 816 (26 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Atası | İmam Kazım |
Fəaliyyəti | ilahiyyatçı |
Vikianbarda əlaqəli mediafayllar |
Fatiməi Məsumə On iki imamdan VII imam olan Musa əl-Kazımın qızı və VIII imam olan Əli ər-Rzanın bacısıdır. Qədim mənbələrdə doğum tarixi haqqında dəqiq bir məlumat yoxdur, lakin bəzi mənbələrdə doğum tarixinin hicrətin 173-cü ilində Zilqədə ayının ilk günündə Mədinədə olduğu bildirilmişdir.[3]
Məsumənin adı Fatimədir. Bir neçə ləqəbə malikdir: Tahirə, Həmidə, Barre, Rəşidə, Təqiyə, Nəqiyə, Raziyə, Mərziyyə, Seyyidə, Uhtu Rza, Məsumə, Əhli-beyt Kəriməsi, Sitti, Fatimeyi-Kubra.
Fatiməyi Məsumə qardaşını görmək üçün hicrətin 201-ci ilində Mədinədən İrana gəldi. Məşhəd şəhərinə gedərkən İranın Savə şəhərinə çatanda xəstələndi. Qum şəhərinə çatdıqdan 17 gün sonra 28 yaşında vəfat etmişdir.[4][5]
Vəfat tarixi haqqında dəqiq bir məlumat yoxdur, ancaq yeni mənbələrə görə, hicrətin 201-ci ilində Rəbiülaxır ayının 10 və ya 12-də vəfat etmişdir.[6]
Fatiməyi Məsumənin məzarının ziyarətinin fəzilətli olduğu barədə Məsum İmamlardan bəzi hədislər nəql olunmuşdur. Cəfər Sadiqdən rəvayət olunan bir hədis belədir: "Allahın bir hərəmi var və o yer Məkkədir. Rəsulullahın bir hərəmi var və o yer Mədinədir. Möminlərin əmirinin bir hərəmi var və o yer Kufədir və biz Əhli-beytində bir hərəmi var və o yer Qumdur."[7]
201-ci hicri-qəməri ilində yəni imam Rzanın (ə) Mərvə sürgün edildiyindən bir il sonra Həzrət Fatimeyi-Məsumə (ə) öz qardaşları ilə birlikdə imamı və qardaşı imam Rizanı (ə) görmək və beyətini təzələmək üçün yola düşdü. Savə şəhərinə çatanda bir dəstə Əhli-beyt düşməni və Abbasi hökumətinin məmurları xanımın tərəfdarlarına hücum etdilər.
O Həzrətin karvanından 23 nəfər şəhid oldu. Tədqiqatçı alim Cəfər Mürtəza Amilinin nəzərinə əsasən həzrət Məsumə (ə) da bir əhli-beyt düşməninin əli ilə zəhərləndi. Ətrafdakıların şəhadəti, xanımın özünün zəhərlənməsi Quma dönməsinə səbəb oldu (ümumiyyətlə Abbasi hakimiyyəti imamı görməyə gedən bütün karvanları təzyiqə məruz qoyurdu.
Əvvəldə qeyd etdiyimiz kimi Qum əhli-beyt tərəfdarlarının pənahgahı idi və xanım da oraya getməyi məsləhət gördü). Xanım buyurdu: "Məni Qum şəhərinə aparın, çünki atamın belə buyurduğunu eşitdim: Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir."
Beləliklə, karvan Quma tərəf hərəkət etdi. Qum şəhərinin böyükləri xanımın Quma gəlməsini eşitdikdə şad oldular və o Həzrətin görüşünə çıxdılar.
Əşəri sülaləsinin böyüyü Musa ibn əl-Xəzrəc o alicənab qadının dəvəsinin yüyənindən tutub aparmağa başladı. Xanım camaatın gurultulu şad səs-küyü hərə daxil oldu və Musa ibn əl-Xəzrəcin evində onun üçün ayrılmış mənzilə yerləşdi.
Xanım on yeddi gün vilayət və imamət şəhəri olan Qumda ibadətə və itaətə, Allah-Təala ilə minacata məşğul oldu. O Həzrət bərəkətli ömrünün son günlərini də böyük Yaradanın hüzurunda ibadətlə keçirtdi.
Lakin Fatimə (ə) nəslindən olan belə fəzilətli bir xanımın şəhərə gəlməsindən sevinən ürəklər tezliklə qəm-qüssəyə qərq oldu və müqəddəs xanımın vəfatı əhli-beyt aşiqlərini hüznə, əzaya və matəmə qərq etdi.
Xanımın belə tez və qəfil ölümü əvvəlcə qeyd etdiyimiz kimi Savə şəhərində bir düşmən qadının vasitəsi ilə zəhərlənməsi və təzyiqdən yaranmış narahatlıq nəticəsində idi və bu qəbul edilə biləcək səbəbdir. O Həzrət bir baxışdan həzrət Zeynəbə (ə) bənzəyirdi.
Çünki Yəzid imam Hüseyni (ə) mənfi çöhrə kimi tanıtmaq istədikdə Həzrət Zeynəb (ə) öz əsirliyi, nitqi və Yəzidin nöqsanlarını söyləməklə onu ifşa etdi və həqiqəti xalqa çatdırdı.
Həzrət Məsumə də (ə) ona bənzər bir iş gördü. Çünki Məmun imam Rzanı (ə) zorla Xorasana aparmış, lakin xalqın gözündə imama çox ehtiram göstərdiyini nümayiş etdirmişdi.
Həzrət Məsumə (ə) öz gəlişi ilə Məmunun imamı zorla apardığını ifşa etdi. Xanım vəfat etdi. Ona qüsl verib, kəfənə bürüdülər, lakin dəfn etmək istədikdə gördülər ki, xanımı dəfn etmək üçün ona məhrəm olan kimsə yoxdur.
Çox götür-qoydan sonra Qadir adlı təqvalı və pak bir qocanı bu iş üçün məsləhət gördülər. Lakin nə Qadir, nə də başqa mömin və saleh müsəlmanlar bu əzəmətli xanımı dəfn etməyə layiq deyildilər.
Çünki əhli-beytin (ə) Məsuməsini məsum imam dəfn etməli idi. Camaat həmin saleh qocanın gəlməsini gözləyirdi ki, birdən qumsallıqdan iki süvarinin onlara tərəf gəldiyini gördülər.
Cənazəyə çatanda atdan düşüb, cənazəyə namaz qıldılar və Rəsulallahın (s) reyhanəsinin pak cismini əvvəlcədən hazırlanmış sərdabədə dəfn etdilər.
Sonra isə heç kimlə bir kəlmə də kəsmədən atlarına minib getdilər və onları heç kəs tanımadı. Ayətullah Fazil Lənkəraninin fikrincə o iki nəfərin məsum imam olmaları heç də zəif fikrə oxşamır.
Dəfndən sonra Musa ibn əl-Xəzrəc qəbrin üzərində həsirdən bir kölgəlik düzəltdi. O kölgəlik imam Cavadın (ə) qızı həzrət Zeynəb (ə) qəbrin üzərində kərpicdən bir türbə düzəldənə qədər dururdu.
Beləliklə də, o böyük islam banisinin pak türbəsi əhli-beyt aşiqlərinin qəlbinin qibləsinə çevrildi və vilayət vurğunlarının şəfa evinə döndü. (Əlbəttə o xanımın Quma gəlməsini bir az fərqli şəkildə də nəql etmişlər. Belə ki, Qum böyükləri xanımın Xorasana yola düşdüyünü eşidib Savəyə getdilər ki, xanımı Quma dəvət etsinlər. Hadisənin sonrası eynidir.)[8]
Həzrəti Məsumənin (ə) fəzilətləri çoxdur. Lakin biz onların bəzisinə işarə edirik. Biz xanımın Quma gəlmə tarixini oxuyanda görürük ki, on yeddi günlük qaldığı yerdə dərhal özü üçün bir ibadətgah düzəldir və öz Yaradanı ilə minacata başlayır.
Bu xanımın ibadətə nə qədər aşiq olduğunu və Allah-Təala ilə söhbətə və rabitəyə nə qədər əhəmiyyət verdiyini göstərir. Bundan əlavə xanım ravi və mühəddisə (hədis nəql edən) olmuş və bir çox mühüm hədislər o həzrətin vasitəsi ilə gəlib çatmışdır.
Qazi Nurullah Şüştəri yazır: "İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun. Allahın bir hərəmi vardır və o Məkkədir. Peyğəmbərin bir hərəmi vardır və o Mədinədir.
Əmir əl-mömininin bir hərəmi vardır və o Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır." Sonra imam buyurdu:
تقبض فيها امرأة من ولدي و اسمها فاطمة بنت موسي تدخل بشفاعتها شيعتي الجنة باجمعهم
"Qumda mənim övladlarımdan Fatimə Musa (ə) qızı adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar." (Məcalisül-möminin, c.1, səh.83,)
Xanımın əzəməti barədə təkcə bu kifayətdir ki, imam Riza (ə) xanımı "Məsumə" adlandırmışdır:
من زار المعصومه بقم كمن زارني
Bundan əlavə imam Riza (ə) özü o xanımın ziyarətini Sədə öyrətmiş və ona xanımı ziyarət edərkən "ey Fatimə, Allahın yanında mənə şəfaət elə" - cümləsini deməyi əmr etmişdir. Bu isə xanımın şəfaətçi olduğunu sübut edir. (Biharul-ənvar, c.102, səh.265-266)
Həzrət Məsumə (ə) Həzrət Zeynəbə (ə) bir neçə cəhətdən bənzəyir.
1. Hər iki xanım məsum imamın qızıdır. Zeynəb (ə) Əmir əl-möminin Əlinin (ə), Məsumə (ə) isə Musa ibn Cəfərin (ə) qızıdır.
2. Hər iki xanım məsum imamın bacısıdır. Biri Həsən (ə) və Hüseynin (ə), digəri isə imam Rizanın (ə) bacısıdır.
3. Hər iki xanım məsum imamın bibisidir. Biri imam Zeyn əl-abidinin (ə), digəri isə imam Cəvadın (ə) bibisidir.
4. Hər iki xanım Allahın höccəti və məsum imam tərəfindən təsirlənmişdir.
5. Hər iki xanım üç məsum imamın hörmətinə layiq görülmüşdür. Həzrət Zeynəb (ə) atası həzrət Əli (ə), qardaşı imam Hüseyn (ə) və qardaşı oğlu imam Zeyn əl-abidin (ə) tərəfindən, həzrət Məsumə isə babası imam Sadiq (ə), qardaşı imam Riza (ə) və qardaşı oğlu imam Cəvad (ə) tərəfindən möhtərəm sayılmışdır.
6. Hər iki xanım öz qardaşını çox sevirdi, Həzrət Zeynəb (ə) imam Hüseyni (ə), Həzrət Məsumə (ə) isə imam Rizanı (ə).
7. Hər iki xanım qardaşa olan məhəbbətin şiddətindən öz evlərini, yaşayışlarını, vətənlərini tərk edərək səfər əziyyətinə qatlaşdılar.
Həzrət Zeynəb (ə) Mədinədən İraqa, sonra isə Şama getdi. Həzrət Məsumə (ə) isə Mədinədən İrana, axırda isə Quma gedərək orada dəfn olundu.
8. Hər iki xanımın vətəni Mədinə olduğu halda qürbətdə dəfn olunublar. Həzrət Zeynəb (ə) Şam və ya Misirdə, həzrət Məsumə (ə) isə İranda.
9. Hər iki xanımın qəbri müsəlmanların ümumi ziyarətgahına çevrilib.
10. Hər iki xanımın iki ziyarət yeri vardır. Həzrət Zeynəbin (ə) həm Misirdə, həm də Şamda, həzrət Məsumənin (ə) isə həm Sittiyyə mədrəsəsində, yaşadığı və ibadət etdiyi Beytun-Nurda, həm də hərəmində ziyarət yeri vardır.[8]
1. Xanımın hərəminin qapısının açarını saxlayan, hərəmin xidmətçilərindən, Qum alimlərindən biri və imam Həsən Əsgəri (ə) məscidinin imam-camaatının mükəbbiri olan bir şəxs deyirdi: "Soyuq qış gecələrinin birində yuxuda gördüm ki, Həzrət Məsumə (ə) mənə buyurdu: "Qalx minarələrdə çıraq yandır!"
Mən yuxudan oyandım, amma yuxuma fikir vermədim. Yatdım və yenə həmin yuxu təkrar olundu. Mən yenə fikir vermədim. Üçüncü dəfə yenə həmin yuxunu gördüm və mənə buyurdu: "Sənə demirəmmi, qalx minarədə çıraq yandır?" Mən bu dəfə qalxdım və səbəbini bilmədiyim halda minarələrdə çıraq yandırdım və qayıdıb yatdım.
Səhər oyanıb hərəmin qapılarını açdım. Günəş çıxandan sonra dostlarımla divar dibində oturub qış günəşinin altında söhbət etməyə başladıq. Birdən diqqətimi bir-biri ilə danışan bir neçə zəvvarın söhbəti cəlb etdi.
Gördüm ki, bir-birlərinə deyirlər: "Bu xanımın möcüzəsini gördünüz? Əgər dünən o qarlı və soyuq havada bu xanımın hərəminin işıqları yanmasaydı heç cür yolu tapa bilməyib çöldə qırılardıq!"
2. Məşhəd şəhərindən Əmir Muhəmməd Kuhi nəql edir: "Üç il idi ki, iflic olmuşdum və yeriyə bilmədiyim üçün əlil arabasında hərəkət edirdim. Dəfələrlə Məşhəd və Tehranın peşəkar həkimlərinə müraciət etsəm də, çarə tapmırdım.
Dua məclislərində iştirak edib imam Rizadan (ə) şəfa istəsəm də, xeyri olmurdu. Nəhayət, bir dəfə ailəm ilə birgə hərəmə getdik və mən yana-yana dedim: "Ağa! Axı siz qeyri-müsəlmanları məhrum etmirsiniz.
Bəs mən ki, sizi sevənlərdənəm, niyə mənə baxmırsınız? Ağa, ya mənə cavab verin, ya da Quma gedib bacınıza şikayət edəcək və onu vasitəçi edəcəyəm."
Sonra həzrət Məsuməyə (ə) xitabən dedim: "Mən sizin qardaşınızın qonşusuyam. Ailəm böyükdür. Bacardığım qədər düz olmuşam və ömrümdə xəyanət etməmişəm. Niyə mənə şəfa vermir?"
Bundan sonra məni yuxu tutdu. Yuxuda gördüm bir xanım mənə buyurdu: "Gərək Quma gələsiniz ki, mən sizə şəfa verəm." Mən dedim: "İndi ki, bizim evə gəlmisiniz, elə buradaca şəfa verin, mənim Quma gəlməyə pulum yoxdur." O xanım buyurdu: "Siz gərək Quma gələsiniz."
Mən oyanıb yuxumu ailəm üçün danışdım. Bir az sükutdan sonra oğlum dedi: "Ata, biz nəyimiz vardırsa, sənin müalicənə xərcləmişik, amma mən evdəki su şüşəsinin qutularını satıb bir az pul yığmışam. Götürün bu pulu, gedin Quma. Ümidvaram şəfa tapasınız."
Mən Quma yola düşdüm. Quma çatdım, dəstəmaz alıb hərəmə getdim. İki nəfərdən qoluma girib, məni zirehin yanına aparmalarını xahiş etdim. Yorğun idim, odur ki, bir az dua edib yatdım.
Yuxuda gördüm ki, bir xanım mənə deyir: "Oğlum, xoş gəlmisən, daha şəfa tapdın, qalx, səndə heç xəstəlik yoxdur." Mən dedim: "Mən xəstəyəm və hərəkət edə bilmirəm!" O xanım mənə çay dolu bir piyalə verdi və buyurdu: "İç!" Mən çayı içdim. Birdən yuxudan oyanıb gördüm ki, ayaq üstə dura bilirəm. Qalxıb, müqəddəs zirehi öpməyə başladım."[8]
1. İmam Rizanın (ə) qızı Fatimə (ə) imam Musanın (ə) qızları Fatimə, Zeynəb və Umm-Gülsümdən (ə), onlar imam Sadiqin qızı Fatimədən (ə), o, imam Baqirin qızı Fatimədən (ə), o, imam Səccadın (ə) qızı Fatimədən (ə), o, imam Hüseynin (ə) qızları Fatimə və Səkinədən (ə), onlar Fatimeyi-Zəhranın (ə) qızı Umm-Gülsümdən (ə) və o da Fatimeyi Zəhradan (ə) belə nəql edir ki, həzrət Fatimə (ə) üzünü camaata tutub buyurdu: "Rəsulallahın (s) Qədir-Xum günü "Kimin mən mövlasıyamsa (rəhbəriyəmsə), Əli də (məndən sonra) onun mövlasıdır (rəhbəridir)" dediyini unutdunuzmu? Unutdunuzmu ki, Peyğəmbər buyurdu: "Ya Əli, sənin mənə nisbətin (bağlılığın) Harunun Musaya nisbəti kimidir."" (əl-Qədr, c.1, səh196)
2. Həzrət Fatimeyi Məsumə (ə) imam Sadiqin (ə) qızı Fatimədən, o imam Baqirin (ə) qızı Fatimədən, o, imam Səccadın (ə) qızı Fatimədən, o, imam Hüseynin (ə) qızı Fatimədən, o, Əmir əl-mömininin (ə) qızı Zeynəbdən və o da Fatimeyi-Zəhradan (ə) nəql edir: "Rəsulallah (ə) buyurdu: "Bilin, hər kəs Ali-Muhəmmədin (s) məhəbbəti ilə ölsə, şəhid olmuşdur."" (Əl-lulu-ul əs-səminə, səh217)[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.