From Wikipedia, the free encyclopedia
Falkonet (ital. falconetto, ing. falconet — gənc şahin) və ya falkon — 1-3 (2-10) funt[1] (adətən çuxurunun diametri 45—65 millimetrə bərabər olur) kalibrdə olan artilleriya silahının adı. XVI-XVIII əsrlərdə donanmalarda və quru qoşunlarında istifadə edilib. Çuqun və ya misdən olurdu.[2] V.İ.Dalyanın lüğətində qeyd olunur ki, Falkonet kiçik top növüdür, bu silah üçün istifadə edilən top güllələri qurğuşundan hazırlanırdı.[3]
I Pyotrun hakimiyyəti dövrünə qədər Rusiyada kiçik kalibrli Volkoneya adlanan toplardan istifadə edilirdi.[4] Rusiyada ilk istifadə edilmiş falkonetlər 250 kiloqram ağırlığında idi və 1547-ci ilə aid idi. XVII əsrdə bəzi ordularda 45-55 millimetrlik alay topları falkonet adlanırdı. Falkonetlərdə qurğuşun top güllələrindən istifadə edilirdi. Toplar bir və ya iki atla döyüş mövqeyinə gətirilirdi. Falkonetlər quruda istifadə üçün nəzərdə tutulsa da gəmi və yaxtalarda da geniş istifadə edilirdi. Falkonetlərdən Amerikada müstəqillik uğrunda mharibənin gedişində Böyük Britaniya və digər müstəmləkəçilər əleyhinə istifad edilib. Fransa kralı VIII Karl ordusunda bu toplardan istifadə edərək İtaliyanı işğal etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.