From Wikipedia, the free encyclopedia
Eynşteyn–Silard məktubu — 2 avqust 1939-cu ildə Leo Silard tərəfindən yazılmış və Albert Eynşteyn tərəfindən imzalanmış və ABŞ Prezidenti Franklin Ruzveltə göndərilmiş məktub. Silardın həmkarları olan macar fiziklər Edvard Teller və Yucin Viqner ilə məsləhətləşərək yazdığı məktubda Almaniyanın atom bombası yarada biləcəyi xəbərdarlığı edilib və ABŞ-ın nüvə proqramına başlaması təklif edilib. Bu, Ruzveltin hərəkətə keçməsinə səbəb oldu, nəticədə Manhetten layihəsi, ilk atom bombalarının hazırlanması və bu bombaların Hiroşima və Naqasaki şəhərlərinə atılması ilə nəticələndi.
Otto Han və Fritz Strassman, "Die Naturwissenschaften" jurnalının 6 yanvar 1939-cu il tarixli sayında uranda nüvə parçalanmasının kəşfi haqqında məlumat vermişdilər. Liza Meytner, "Nature" jurnalının 11 fevral 1939-cu il sayında bunu nüvə parçalanması adlandırmışdı. Bu, fiziklər arasında böyük marağa səbəb oldu. Danimarkalı fizik Nils Bor bu xəbəri ABŞ-yə çatdırdı və ABŞ 26 yanvar 1939-cu ildə Enriko Fermi ilə Nəzəri Fizika üzrə Beşinci Vaşinqton Konfransını açdı. Nəticələr tez bir zamanda eksperimental fiziklər, xüsusən də Kolumbiya Universitetində Fermi və Con Danninq tərəfindən təsdiqləndi.[1]
Macarıstanlı fizik Leo Silard ağır atomların neytronla idarə olunan parçalanması elektrik enerjisi istehsalı və ya atom bombaları üçün böyük miqdarda enerji verə biləcək nüvə zəncirvari reaksiya yaratmaq üçün istifadə edilə biləcəyini başa düşmüşdü. O, ilk dəfə belə bir ideyanı 1933-cü ildə Londonda yaşayarkən Ernest Rezerfordun litiumun parçalanması üçün protonlardan istifadə edərək komandasının 1932-ci ildə apardığı təcrübədən enerji yaratmaqla bağlı etinasız ifadələrini oxuduqdan sonra formalaşdırıb və patentləşdirib. Bununla belə, Silard neytronla zəngin yüngül atomlar ilə neytronla idarə olunan zəncirvari reaksiyaya nail ola bilmədi. Nəzəriyyə olaraq, əgər neytronla idarə olunan zəncirvari reaksiyada əmələ gələn ikincil neytronların sayı birdən çox olarsa, hər bir belə reaksiya birdən çox əlavə reaksiyaya səbəb ola bilər və bu, eksponent olaraq artan reaksiya sayına səbəb ola bilər.[2][3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.