From Wikipedia, the free encyclopedia
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur.[1]
23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır.[2][3]
Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256 km/saat) düyün sürətə qədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir. Panamada qeydiyyatdadır, texniki xidmətinə görə Almaniyanın Bernhard Schulte Shipmanagement şirkəti cavab verir.[4][5]
9 fevral 2019 ildə Elba çayının axarı boyunca, Hamburg limanına yaxın hərəkət edərkən, Blankeneze rayonunda yolverilməz dərəcədə yan almaya yaxınlaşmış və orada duran kiçik sərnişin bərəsinə toqquşmuş və onu ciddi əzmişdir. Toqquşma zamanı Ever Given hərəkətə davam edirdi və idarəetməni itirməmişdi. Bərədə həmin vaxt sərnişin olmasa da, bərənin kapitanı yüngül zədələnmişdir. Araşdırma zamanı Ever Given kapitanı tərəfindən hər hansı bir pozuntu aşkar edilməmişdir, hadisəyə gəmini qəfil yaxalamış külək səbəb olmuşdur[6][7][8]
23 mart 2021 ildə Şərqi Avropa vaxtı ilə ( UTC + 02: 00 ) saat 07:40 radələrində gəmi Süveyş kanalının cənub hissəsindən Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə yollanan marşrut ilə hərəkət edərkən Manşiet Ruqola (koordinatlar 30°01′03″ şm. e. 32°34′49″ ş. u.HGYO) kəndi yaxınlığında ilişir və kanalı bağlayır.[9][10][11] Gəmi burun hissəsi ilə sahilə ilişərək, dal hissəsi ilə isə rotasiya edərək kanala köndələn vəziyyətinə gəlmişdir.[12] İlkin səbəblərdən biri güclü küləyin olması göstərilsə də, kanalın idarə rəhbəri Usama Rəbiyyə, bunun əsas səbəb olmamasını və yekün səbəblər araşdırmalar zamanı bilinəcəyi haqda açıqlama vermişdir.[13][14][15]
Hadisədən müəyyən müddət sonra tıxac əmələ gəlməyə başlamışdır.[16]
Gəmini təkrar suya qaytarmaq üçün 8 yedək bir tərəfdən, burun hissəsinin ətrafını genişlətməq üçün qumu uzaqlaşdıran ekskavator o biri tərəfdən çalışırdı, daha sonra yedəkləri sayı 14-ə çatdırılmışdır.[17][18] Çalışmaları tezləşdirmək üçün Misir prezidenti gəmini yükdən azad etməyə göstəriş vermişdir və 30 martda konteynerlərin boşaldılacağı haqda açıqlama yayıldı[19], lakin 29 mart 2021 ildə saat 05:42 EGY (03:42 UTC) gəmi təkrar suya buraxılmışdır və 15:05 EGY (13:05 UTC) tam çıxarılaraq, gəmi texniki baxış üçün Böyük Acı göl tərəfə yedəkdə hərəkətə başlamışdı.[20][21] Süveyş kanalının rəhbərliyi kanalın vəziyyətini yoxladıqdan sonra gəmiçilik aqentliklərinə hərəkətin yerli vaxt ilə 19:00 EGY (17:00 UTC) bərpa olunacağı haqda xəbər vermişdir.[22][23][24]
4 oktyabr 2021 gəmi təmir işləri üçün Çinin Tsindao şəhərinə gəlmişdir.[25]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.