From Wikipedia, the free encyclopedia
Etimad İsmayılov (azərb. Etimad İlyas oğlu İsmayılov) — Azərbaycanlı iş adamı, ictimai xadim. Azərbaycan Respublikasının ədliyyə naziri olmuş İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı. Etimad İsmayılov Rusiya Federasiyasının müxtəlif şəhərlərində biznes fəaliyyəti ilə məşğul olub və atası tərəfindən 1992-ci ildə təsis edilmiş Ədalət Partiyasının fəallarından biri olub. Uzun müddət Ədalət Partiyasının xarici əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Etimad İsmayılov | |
---|---|
azərb. Etimad İlyas oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | Qətlə yetirilib |
Vətəndaşlığı | Azərbaycan |
Atası | İlyas İsmayılov |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
İxtisası | Hüquqşünas |
Təhsili | Sankt-Peterburq Dövlət Universiteti |
Fəaliyyəti | İş adamı, ictimai xadim |
Partiyası | Ədalət Partiyası |
2011-ci ildə jurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurduqdan sonra Türkiyənin İstanbul şəhərinə köçüb və biznes fəaliyyətlərini buradan idarə edib. İş adamı 2018-ci ilin 9 sentyabr tarixində Türkiyənin İstanbul şəhərinin Florya səmtində yerləşən ofisində 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi kimi çalışmış, sabiq polkovnik Gözəl Dəmirov tərəfindən qətlə yetirilib.
Hadisənin iki şəxs arasındakı biznes maraqları üzərində yaranmış anlaşılmazlığa görə baş verdiyi ehtimal olunub.[1]
Etimad İsmayılov 1969-cu ilin 22 iyun tarixində Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı Bakı şəhərində anadan olub. Orta təhsilin Bakıda tamamladıqdan sorna təhsil almaq üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yollanıb. Hüseynov, 90-cı illərin əvvəllərində Sankt-Peterburq Dövlət Universitetinin hüquq faklütəsində təhsil alıb və sözügedən ixtisası fərqlənmə dərəcəsi ilə bitirib.
Həmin illər də, Rusiya Federasiyasının müxtəlif şəhərlərində biznes fəaliyyətlərinə başlayan Etimad qısa zamanda uğurlu iş adamı kimi önə çıxır və xüsusi ilə Çelyabinsk şəhərində yanacaq məmumatlarının satışı və daşınması işi ilə məşğul olur. 2006-cı ildə rəhbəri olduğu Avrasiya MMC-nin Çelyabinsk vilayətinin kənd təsərrüfatı müəssisələrinə dizel yanacağı ilə təmin etməklə bağlı imzalanmış müqavilə yol verilmiş saxtakarlıq ittihamları səbəbindən barəsində Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi açılmışdır.
İş adamının yerli şəriki Ərzaq Korporasiyasyı adlı dövlət müəssisəsinin rəhbəri Şvadçenko ilə aralarnda imzalanmış biznes müqaviləsinə görə mühakimə edilmişdir. Belə ki, tərəflər arasında dəyəri 207 milyon rubl (həmin dövrün məzənnəsi ilə təxminən 1 milyon dollar) olan müqavilə imzalanıb. Pul bütünlüklə əvvəlcədən ödənilib. Şvadçenko bu pulu qondarma firmanın hesabına köçürüb və bununla da qalmaqal başlanıb. İsmayılov qətiyyətlə iddia edirdi ki, Şvadçenko onu aldadaraq pulu Çelyabinsk qubernatorunun himayəsi ilə mənimsəyib. Lakin məhkəmə bütün detalları araşdırmadan hökm verib.[2]
2010-cu ilin 29 oktyabr tarixində iş adamının cinayət işi üzrə Çelyabinsk şəhər Mərkəz Məhkəməsində keçirilən sonuncu proses zamanı onun haqqında səkkiz il müddətində azadlıqdan məhrum etmə barədə yekun qərar çıxarılmışdır. İsmayılov 2011-ci ilin 15 avqust tarixində 5 milyon rubl girov müqabilində Çelyabinsk Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.[3]
O, həbsdən çıxdıqdan sonra Çelyabinskini tərk etməyəcəyi, məhkəmə və hüquq-mühafizə orqanlarını ələ alan mafiyaya qarşı mübarizə aparacağı barədə bəyanat vermişdi. Lakin ailəsinin istəyi ilə Azərbaycana qayıdıb, bir müddət öz ölkəsində yaşadıqdan sonra Türkiyənin İstanbul şəhərinə köçmüş, binzes fəaliyyətlərini buradan davam etdirmişdir.[4] Etibar Hüseynov 2011-ci ildə Azərbaycanın tanınmış jurnalistlərindən Sevil Nuriyeva ilə nişanlanıb. Çütlük növbəti il ailə həyatı qurub. Nişan və toy mərasimləri hər iki tərəfin yaxınlarının iştirakı ilə baş tutub.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.