From Wikipedia, the free encyclopedia
Eremina desertorum (lat. Eremina desertorum) — heyvanlar aləminin stylommatophora dəstəsinin helicidae fəsiləsinin eremina cinsinə aid heyvan növü.[1][2][3] Misir[4] və İsrailin səhralıq ərazilərində yaşayır.[5]
Eremina desertorum | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Ranqsız: Spiralia Tipüstü: Tip: Sinif: Yarımsinif: Heterobranchia İnfrasinif: Euthyneura Koqorta: Tectipleura Yarımkoqorta: Panpulmonata Dəstəüstü: Eupulmonata Dəstə: Yarımdəstə: Helicina İnfradəstə: Helicoidei Fəsiləüstü: Helicoidea Fəsilə: Yarımfəsilə: Helicinae Triba: Otalini Cins: Eremina Növ: Eremina desertorum |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Misirdən olan bir nümunə ölü hesab olunaraq 1846-cı ilin martında kataloq kartoçkasına yapışdırılaraq Britaniya Muzeyinə gətirilmişdir. Lakin 1850-ci ilin martında hələ də sağ olduğu kəşf olunmuşdur.[6] Kanada yazıçısı Qrant Allen bu vəziyyəti müşahidə etmişdir:[7]
Muzey işçiləri dostumuz üçün isti vannanın hazırlanmasına dair göstəriş verdilər (bundan sonra elmin duyğusuz olduğu kim deyə bilər ki!). Buna minnətdar olan ilbiz tanış nəmliyin toxunuşu ilə oyanaraq başını diqqətlə qabığından çıxardı, vannanın yuxarısına dırmaşdı və dörd ədəd göz budaqları ilə Britaniya institutlarını ötəri kəşf etməyə başladı. Əshabi-Kəhf insanlarının oyanması ilə eyni dərəcədə uzun müddət davam edən bu yuxudan oyanma o qədər qəribə idi ki, müstəsna elmi tanınmağa layiq idi. |
Muzey bu nümunəni böyük şüşə bankaya qoymuşdur. İlbiz kələm yarpaqları qidalaraq daha iki il yaşamışdır.[8] Bu müddət ərzində bir daha anabioz vəziyyətinə daxil olmuş və bir daha anabioz vəziyyətindən çıxmışdır.[8]
Növbəti tədqiqatlar bu növün qida və su olmadan daha müddət keyimə vəziyyətində sağ qala bildiyini göstərmişdir. 1904-cü ildə 40 ilbiz təcrübə məqsədilə qalay qutuya qoyulmuşdur. Təxminən 8 il sonra – 1912-ci ildə 10 ilbizin hələ də sağ olduğu məlum olmuşdur.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.