Epi

Azərbaycanlı reper From Wikipedia, the free encyclopedia

Epi (Əkbər Novruzlu; 15 yanvar 1999, Bakı) — Azərbaycan reperi,[1][2] Vətən müharibəsinin iştirakçısı.

Cəld faktlar Əkbər Novruzlu, Ümumi məlumatlar ...
Əkbər Novruzlu
azərb. Əkbər Azər oğlu Novruzlu
Ümumi məlumatlar
Ləqəbi Epi
Doğum tarixi (26 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Reper
Fəaliyyət illəri 2013–
Janrlar Rep
Hip-hop
Mükafatları "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2021 "Şuşanın azad olunmasına görə" medalı — 2021
"Vətən müharibəsi iştirakçısı" medalı — 2022
epinrmnv.com
Bağla

Həyatı və karyerası

Əkbər Novruzlu 15 yanvar 1999-cu ildə Bakıda anadan olmuşdur. 2005–2016-cı illərdə 45 nömrəli orta məktəbdə təhsil almışdır. 2016–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır.[3] O, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.[4][5]

Epi 2013-cü ildən peşəkar olaraq "BizimEra Studio" ilə replə məşğul olmağa başlamışdır. 2014-cü ildən Bar Home adlı qrup yaratmış və dağılana kimi rəhbərlik etmişdir. 2014–2015-ci illərdə Şərab olmuşuqQırmızı Winston trekləri ilə populyarlıq qazanmışdır. 2015-ci ildə 6 trekdən ibarət Epinin Ədəbiyyatı albomu işıq üzü görmüşdür. 2017-ci ildə "Olanı de" adlı ilk solo konserti baş tutub. 2018-ci ilin avqustunda FTB, RZZA, Dadash ilə birgə Dörd2Sıfır qrupunu yaratmışdır. 2013-cü ildən battle-rep-lə intensiv olaraq məşğul olmuşdur. Bu qəbildən olan Azərbaycanın ən böyük battl-rep layihəsi olan Kəllə-Kəlləyədə[6] iki reperlə mübarizədən qalib ayrılmışdır.[7][8] 2020-ci ilin 15 avqustunda Epidemiya albomunu buraxmışdır.[9]

Əkbər Novruzlu (Epi) 18 noyabr 2023-cü ildə, şəxsi Instagram hesabında, yaşadığı şəxsi problemlər səbəbindən, xaricə köçdüyünü və repdən getdiyini dinləyiciləri ilə bölüşmüşdü. 10 aprel 2024-cü ildə isə, iyun ayında baş tutacaq "Comeback" adlı solo konsertin posterini paylaşaraq rep səhnəsinə qayıtdığını elan etmişdir.

Diskoqrafiya

Sinqllar

  • 44 Gün (2023)
  • Başdanxarab 4 (2023)
  • Hər şey pulun başındadır (2023)
  • Jelibon (2023)
  • Mənim Qaqalarım (2023)
  • Salam Aleykum (2022)
  • Düşdüm Dərinə (2021)
  • İstər-İstəməz (2021)
  • Başqa?! (2021)
  • Tрезвый Скотт (2021)
  • Komendant Saatı (2021)
  • 120 (2021)
  • Bəlkə bizdə nəsə alınar (2020)
  • Boş şeylərdir (2019)
  • Epi kimdi?! (2019)
  • Göylərə aşiq biri (2019)
  • Taxi (2019)
  • Mən sual, sən nida (2018)
  • Əkbər Novruzlu (2017)
  • Tək Qalmışam (2017)
  • Qırmızı Winston (2014)

Albomlar

  • Epinin ədəbiyyatı (2015)
  • Epidemiya (2020)
  • Random (2023)

Kliplər

Əlavə məlumat Yayım ili, Adı ...
Epinin musiqi videoları yüksək baxış sayına malikdir
Yayım iliAdıYoutube-da baxış sayı
(22.01.2023)
2014Qırmızı Winston5.243.986
2015Qətran1.219.397
Başdanxarab1.435.224
2016High'can brat?1.332.909
#BirGünPrezidentOlsam3.362.350
Allah haqqı (İthaf)1.221.954
2017Əkbər Novruzlu3.058.407
O gün bu gündür897.165
Tək qalmışam5.424.367
2018Başdanxarab 2440.938
Pivə tutmur məni756.416
Mən Sual, Sən Nida6.328.749
2019Taxi716.032
Göylərə aşiq biri5.298.447
Epi kimdi?!4.817.676
MAŞIN'18 (OST)710.537
Boş şeylərdir1.321.668
2020Bəlkə bizdə nəsə alınar1.265.213
2021 120 439.324
Komendant Saatı 171.890
Tрезвый Скотт 1.006.243
Başqa?! 320.540
İstər-istəməz 532.090
Düşdüm Dərinə 615.688
2022 Aleykum Salam 467.787
Bağla

Təltif və mükafatları

Hərbi təltifləri

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.