Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn II — Saturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Vilyam Herşel tərəfindən kəşf edilmişdir. Adını yunan mifologiyasında titan Enseladdan almışdır.[5] Peykin diametri təxminən 500 km-dir. Kütləsinin böyük hissəsini buzlaqlar təşkil edir.
Kəşf edən | Uilyam Herşel[1] |
---|---|
Kəşf tarixi | 28 avqust 1789[1] |
Böyük yarımoxu | 237.948 km |
Əyilməsi | 0,00016 radian |
Nəyin peykidir | Saturn[1] |
Özünə xas ekssentrisitet | 0,0047 |
Həcmi | 67.113.076 km³[2], 118.386,8352 san.[2] |
Kütləsi | 108.043.390.000.000.000.000 kq[3][3] |
Albedo | 1,375[2] |
Temperatur | min. 32,9 K, 75 K, maks. 145 K |
Görünən ulduz həcmi | 11,8[4] |
Xarakteristikası
Enseladın digər buz peyklərindən fərqləndirən əsas cəhəti çox parlaq və səthinin hamar olması, parlaq olmasıdır. Enseladın su buzundan ibarət səthi daim yenilənmə içərisindədir.
Peyk Günəşdən aldığı işığın 90 %-ni qaytarır. Bunun baş verməsi üçün səthinin yenilənmiş, toz və qayadan arınmış buza ehtiyac vardır. Kosmik aparatların köməyi ilə çəkilən fotoşəkillərdən səthində uzun kanalların olduğu müəyyən olunmuşdur. Bu kanallar peykdə bir zamanlar suyun axdığını göstərməkdədir.
2005-ci ildə Kassini aparatı peykin səthindən kosmosa fışqıran buz vulkanları müşahidə etmişdir. Bu da peykin hələ də aktiv olduğunu göstərməkdədir.[6] Bununla səthində niyə belə az kraterin olduğu məlum olmuşdur. Fışqıran su səthdəki kraterlərin üzərini örtərək yeni və cavan səth əmələ gətirir.
Saturnun solğun E halqasının əmələ gəlməsində[7] peykdən ayrılan buz parçalarının əhəmiyyətli olduğu düşünülür. Bir qaz nəhənginə yaxın olmaq bu peykdə böyük qabarma və çəkilmə hadisələrinə səbəbiyyət verir. Saturndan sadəcə 238 min km uzaqlıqda olduğundan Yupiterin peyki İo kimi plastik top kimi sıxılır və genişlənir.
Çox kiçik peyk olmasına baxmayaraq sürtünmə qüvvəsi hesabına daxili daimi isinir. Qabığın altındakı bu isti su vulkanlar əmələ gətirərək səthi örtür. Enseladın çox kiçik cazibə qüvvəsindən (Yerin 1 %-i qədər) qurtulan bu su buz şəklində Saturnun E halqasına əlavə olunur.
Tədqiqat
İndiyə qədər 3 kosmik aparat tərəfindən tədqiq edilmişdir. 12 noyabr 1980-ci ildə Voyager 1, 26 avqust 1986-cı ildə Voyager 2 Enseladda şəkillər çəkmişdir.[8] 2004-cü ilin 1 iyulunda isə Kassini kosmik aparatı Enselada çatmışdır.[9]
Qalereya
- Kassini aparatı tərəfindən çəkilmiş səth şəkli.
- Enseladda vulkanizm
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.