From Wikipedia, the free encyclopedia
Quliyev Eldəniz Cümşüd oğlu — Azərbaycanlı ssenarist və kinodramaturq.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Eldəniz Quliyev | |
---|---|
Eldəniz Cümşüd oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Xalidə Quliyeva |
Uşağı | Afaq Quliyeva |
Atası | Cümşüd Quliyev |
Fəaliyyəti | ssenarist |
IMDb | ID0474592 |
Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanası, 1979–1981).[1]
"Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981–1987), "Debüt" studiyasının baş redaktoru (1987–1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993–1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib.[1]
2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb.[1]
Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusu (1985), "Kölgəsiz adam" hekayə və povestlər kitabı (1998), "Rasim Balayev" (1999) kitabı nəşr olunub.[1]
1995-ci il parlament seçkilərində Eldəniz Quliyev Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 9-cu sırada olmuşdur.[2] AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Eldəniz Quliyev isə deputat seçilə bilməmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.