Elbrus Allahverdiyev

Azərbaycanın Milli Qəhrəmanı From Wikipedia, the free encyclopedia

Elbrus Allahverdiyev

Elbrus Allahverdiyev (27 sentyabr 1958, Kirovabad16 iyun 1993, Şelli, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Elbrus Allahverdiyev
Elbrus Hacı oğlu Allahverdiyev
Thumb
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə şəhəri
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Şelli, Ağdam rayonu
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gəncə, Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ
Azərbaycan
Uşaqları Aynurə, Sevinc və oglu Elbrus
Atası Allahverdiyev Haci
Anası Allahverdiyeva Antige
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1992–1993
Rütbəsi
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı
Bağla

Həyatı

27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub.[1] 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycana dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır.[1]

Döyüşlərdə iştirakı

Elbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur. Onlar Ağdamın Şelli kəndi istiqamətində irəliləmək istəsələr də Elbrusun Allahverdiyevin dəqiqliyi ermənilərin xeyli itkisi ilə nəticələnir və onlar geri çəkilir.[2]

16 iyunda işğalçıların növbəti hücumu zamanı Elbrus əsgər yoldaşları ilə piyadaların köməyinə gedir o mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdılar lakin onu xilas etmək mümkün olmur.

Ailəsi

Evli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.