From Wikipedia, the free encyclopedia
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019),[1] Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019).[2]
Elşad Həsənov | |
---|---|
Vəzifədədir | |
12 noyabr 2019-cu ildən | |
Əvvəlki | Əziz Əzizov |
2015 – 12 noyabr 2019 | |
Seçki dairəsi | 2015 — 17 saylı Yasamal üçüncü |
Əvvəlki | Ülvi Quliyev |
Sonrakı | Elnur Allahverdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr 1976 (48 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib.[3]
1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.[3]
İngilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.
Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.[3]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.