Dəşti-Kəvir
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir[1] (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır.
Dəşti-Kəvir | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 55 000 km² |
Uzunluğu |
|
Eni | 320 km |
Yerləşməsi | |
34°44′15″ şm. e. 54°49′37″ ş. u.HGYO | |
Ölkə | İran |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir.
Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə[2] gedir.
Səhranın şimalında Simnan aerodromu yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.