su canlıları From Wikipedia, the free encyclopedia
Durnabalığılar (lat. Esocidae) — durnabalığıkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ovalşəkilli bədəni, möhkəm və çoxsaylı dişləri olan ağzı, ördəyəbənzər burnu ilə səciyyələnir. Bədəni uzunsov, üzəri xırda sikloid pulcuqlarla örtülüdür. Başı böyük olub, rostrumu uzun və üstdən aşağı basıqdır. Ağzı çox böyük olub, başının yarısı qədərdir. Alt çənə önə doğru uzanmışdır. Çənəarası, alt çənə, damaq, xış sümükləri üzərində və dilin üzərində yaxşı inkişaf etmiş dişləri olur. Çənələrin oynaq hissələri gözlərin dal kənarı səviyyəsində yerləşir. Bel üzgəci çox geridə yerləşir. Quyruq üzgəci haçalıdır. Qarın üzgəcləri P-A məsafəsinin tam ortasında yerləşir. Pilorik çıxıntıları yoxdur. Fəsilənin bir cinsi vardır. Fəsilədə 5 növü olan bir cins vardır. Bu növlərdən üçü Şimali Amerkanın şərq hissəsində, biri Amur çayında, biri isə Xəzər hövzəsində yaşayır.[3]
Durnabalığılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Klad: Euteleostei Dəstəüstü: Protacanthopterygii Dəstə: Fəsilə: Durnabalığılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.