Müsəlmanların Çinin Tsin sülaləsinə qarşı üsyanı From Wikipedia, the free encyclopedia
Şansi və Qansuda Dunqan üsyanı — 1862-1869-cu illərdə dunqanların üsyanı. Eyni zamanda Çinin cənub-qərbindəki Yunnan əyalətindəki müsəlmanlar da üsyana qalxdılar. Üsyanın yatırılması bir qrup Çin dunqanlarının Rusiya imperiyası ərazisinə (müasir Qırğızıstan və digər Mərkəzi Asiya respublikaları ərazisi) və cənubi-qərbi Monqolustana köçməsinə səbəb oldu. Bu üsyan 8-15 milyon arası insan ölümünə səbəb oldu. Dunqanların bu çıxışı tarixin ən qanlı hərbi qarşıdurmalarından biri sayılır[1].
Dunqan üsyanı | |||
---|---|---|---|
| |||
Tarix | 1862 — 1869 | ||
Yeri | Şansi, Qansu | ||
Nəticəsi | Üsyan yatırılmışdır | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müsəlman çinlilər (dunqanlar) Tsin sülaləsinə qarşı dəfələrlə üsyana qalxmışdılar. Xüsusən, 1781 və 1783-cü illərdəki çıxışlar güclü olmuşdur. 1860-cı illərin əvvəllərində uğurlu üsyan daha mümkün görünməyə başladı. Çünki imperiya qüvvələri Taypin (1850-64) və eləcə də Çjan Losin tərəfindən qaldırılan Nyanjun üsyançılarına (1852-68) qarşı mübarizə aparırdı. Taypinlərin Şansiyə yaxınlaşdığını duyan yerli əhali və hökumət tərəfdarları rəsmi hakimiyyətin razılığı ilə könüllü dəstələr yaratmağa başlayır. Hökumət könüllülərindən ehtiyat edən dunqanlar da öz silahlı dəstələrini yaradırlar.
1862-ci ildə Şansinin bir çox rayonlarında çinlilərin və dunqanların silahlı dəstələri arasında olan toqquşmalar genişmiqyaslı üsyanla nəticələndi. 1862-ci ilin sonunda üsyançılar əyalətin paytaxtı Sian şəhərini mühasirəyə aldılar. Şəhərin mühasirəni Tsin imperiyası generalı Do Lunanın qüvvələri yalnız 1863-cü ilin payızında qaldırdı. Üsyanın başında "Sinçzyao" təriqətinin ruhaniləri dururdu. Onlar əhalini "kafirlərə" qarşı "müqəddəs müharibə"yə səsləyirdilər. Məscidlər üsyanın mərkəzinə çevrildi, Onlarda bu müddət ərzində ərzaq və silah anbarları, həmçinin xəstəxanalar yaradıldı. Hökumətin yerli müsəlman əsgərləri də cihad bayrağı altında birləşdilər. İslam fanatizminin güclənməsi bütün əyaləti əhatə edən çinli-dunqan qırğınına səbəb oldu. Hər iki tərəfdən bir neçə yüz minə qədər adam öldürüldü. Bir çox çinli canını qurtar məqsədi ilə müvəqqəti olaraq islamı qəbul etdi.
Sansıdə üsyan əsasən kənd yerlərini əhatə edirdi. Ümumilikdə silaha sarılanların böyük əksəriyyəti kəndlilər idi. Dunqan tacirləri və torpaq sahibləri üsyan zamanı bitərəf mövqe nümayiş etdirdilər. Bu da Tsin qoşunlarına 1864-cü ilin sonuna qədər üsyançıları məğlub etməyə imkan verdi. Bir çox dunqan üsyançıları Şansidən Qansuya (o illərdə bu əyalətlərə indiki Ninsya və şimali Çinxay da daxil idi) doğru geri çəkildi.
Eyni zamanda Sincandakı dunqanlar (həm Tsin qarnizonundakı hərbi heyət, həm də mülki şəxslər arasında) arasında hakimiyyətin bölgədəki hökumət əleyhinə üsyanların yayılmasının qarşısını almaq üçün kütləvi qətliam hazırladığı barədə şayiələr yayılmağa başladı. Lakin imperiyanın hökumət sənədlərində bu iddia əksini tapmır. Belə qətliam ən azı mərkəzi bölgələrdə - Şərqi Türkistanda planlaşdırılmamışdı. Lakin bir çox mənbələrə görə bölgədə belə bir qırğın 1864-cü ilin yayında baş vermişdi. Bölgənin digər şəhərlərində (Urumçi, Külcə, Kuça, Yarkənd) yerli qarnizonların dunqan əsgərləri və kömrük zabitləri hadisələri qabaqlamaq üçün silahlı çıxışa qərar verdilər.
Yerli türkdilli əhali (uyğurlar, müasir terminologiyada) bir qayda olaraq tezliklə üsyançı dunqanlara qoşuldu. Lakin üsyanın baş verdiyi bütün ərazilərdə hər iki qrupun nümayəndələri arasında güclü rəqabət var idi. Bəzən isə bu rəqabət hakimiyyət uğrunda qanlı mübarizəyə çevrilirdi. Tarim hövzəsinin cənub hissəsində yerləşən Xotan bir istisna idi.Çünki bu şəhərdə çox az sayda dunqan var idi və üsyanda əsasən uyğurlar əsas rol oynayırdı.
1864-cü ilin iyun ayında Külçə qarnizonunun dunqan əsgərləri üsyan qaldırdılar. Onların ardınca Rəşidin-Hocanın başçılığı ilə yerli əhali də onlara qatıldı. Vilayətin dörd rayonu - Turfan, Komul (Hami), Aksu və Uş (Uş-Turfan) ərazilərini azad edərək, burada Kuçar xanlığını yaratmaqla hakimiyyətini qurdu. Elə həmin yay Urumçidə Lotay xanın başçılıq etdiyi Dunqan xanlığı yarandı. O, bir qədər sonra özünü sultan elan etdi və dövləti - Urumçi sultanlığı adlandırdı. Oktyabr ayında Rəşidin qoşunları Qaşqarı ələ keçirməyə cəhd etdi. Burada Mancur işğalçılarına qarşı uğurlu üsyan baş tutmuşdu. Xotanda hakimiyyət Xotan xanlığının başçısı olmuş Molla Həbib-ağanın ixtiyarına keçmişdi. 1864-cü ildə Kokanddan üsyan edən Qaşqara dəstəsi ilə Buzruk-Hoca (Cahangirin oğlu) gəldi. O, əhali tərəfindən sevinclə qarşılandı və Yarkəndin də daxil olduğu Qaşqar xanlığının başçısı seçildi. 1864-cü ilin sonlarında üsyançı qruplar Sincan bölgəsinin çox hissəsini Tsin qoşunlarının sığındıqları qalaları mühasirəyə alaraq ələ keçirdilər.
Çinlilərin törətdiyi qırğın nəticəsində Qaşqar bölgəsində dunqanların qüvvələri xeyli zəiflədi. Bununlada Sirik bəyin qırğızlarının əhəmiyyətli rol oynadığı üsyançılar uzun müddət mancurların qalasını və möhkəmləndirilmiş müsəlman şəhərini ələ keçirə bilmədilər. Bu səbəbdən onlar Kokand xanlığından kömək istədilər. Kokandın ərazisində uzun illər Şərqi Türkistan məsələsinə müdaxilə edən Hocalar (XVII əsr Sufi lideri Appak Hocanın nəsili) gizlənmişdilər.
1865-ci ilin əvvəlində Şərqi Türkistana Buzurq Hocanın başçılığı ilə Kokanddan kömək gəldi. Buzuruq Hocanın atası və böyük qardaşı əvvəllər dəfələrlə Şərqi Türkistana sahiblənməyə çalışmışdı. O, da bu dini Hoca nəslinin ən gənc nümayəndəsi idi. Onunla bərabər Qaşqara Yaqub bəy başda olmaqla bir qrup Kokand zabiti də gəlmişdi. Bir neçə il ərzində Yaqub bəy Yettişar (Yeddişəhər) dövlətini yaratmaqla, demək olar ki, bütün əyalətdə nəzarəti ələ keçirdi.
Bu vaxt Sansidən geri çəkilən üsyançılar Qansu əyalətində yeni çıxışlara səbəb oldular. Burada yalnız kəndlər deyil, şəhərlər də mübarizə meydanına çevrildi. Burada müsəlman tacirləri və bəzi torpaq mülkiyyətçiləri də üsyana qoşuldular. Bir çox iri ranqlı müsəlman məmurlar da üsyançıların tərəfinə keçdilər. Çinlilərin "yeni təlim" (Xinjiao) adı ilə tanıdığı Cəhriyyə sufi ordeninin sərt nizam-intizamı üsyançılara "vahid cəbhə"də birləşməyə və hərəkatın təşkilatlanmasına gətirib çıxardı. Hərakatın başında isə varlı tacir və böyük torpaq sahibi Molla Ma Xualun dururdu. Onun qərargahı Ninsyadakı Çzinçz qalasında yerləşirdi. Taypin üsyanını boğmağa çalışan Tsin hökuməti o zaman bu çıxışı üçün kifayət qədər qüvvə ayıra bilmirdi.
1867-ci ilin fevralında Çzo Çzuntanq Şenqan qubernatoru təyin edildi (Şansi və Qansu əyalətlərinin əraziləri bu quberniyaya daxil edildi). Eyni zamanda Şansi əyalətindəki qoşunlara komandanlıq edə bilməsi üçün ona Fövqəladə İmperiya Müvəkkili rütbəsi verildi. Məsələyə rasional yanaşan Çzo "əvvəlcə - Nyanjun üsyanşıları, sonra - dunqanlar" prinsipini irəli sürdü. O, döyüşdə kifayyət qədər təcrübə toplamış ordusunu Nyanjun üsyanşılarının qalıqlarını məhv etmək üçün göndərdi. 1868-ci ilin yayında sonunçu Nyanjun üsyanşıları Xuanxe çayı ilə Böyük Kanalın kəsişməsində məhv edildi. 1868-ci ilin sonunda Çzo Çzuntanqın qoşunları Şansi əyalətinə gəldi. Onlar Xuay və Siyan ordularının əsgərlərindən ibarət idi. Bu hərbi hissələr zəngin döyüş təcrübəsinə və müasir silahlara sahib idilər. 1869-cu ildə Şansiyə cəza yürüşünə başlayan Çzo Çzuntanq hətta mancurlar üçün belə dəişətli olan bir qəddarlıqla hərəkət edirdi. O, amansızlıqla kütləvi olaraq Qansuya qaçan bütün müsəlmanları tamamilə məhv etdi. Bu əyalətlərin sərhəddində şiddətli döyüşlər bir neçə ay davam etdi.
Dunqan üsyanı tarixə XVIII - XIX əsrlərin ən qanlı üsyanlarından biri kimi daxil olmuşdur. Bəzi məlumatlara görə bu üsyanın qurbanların sayı 9 ilə 15 milyon arasında dəyişir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.