From Wikipedia, the free encyclopedia
Dorian Qreyin portreti bütövlükdə ilk dəfə 1890-cı ildə Lippinkott aylıq jurnalında nəşr olunmuş, Oskar Vayldın müəllifi olduğu fəlsəfi romandır. Nəşriyyatçının əxlaq dəyərlərinə uyğun olmadığı üçün əsərin 500-sözə yaxın hissəsini silməsinə baxmayaraq, kitab tənqid atəşinə tutuldu. "Londonun Gündəlik Xronikası" qəzeti əsəri "cəmiyyəti çürüdə biləcək iyrənc fikirlərlə dolu","kirli" və "zəhərli" adlandırdı, "St.Ceyms Qəzeti" isə kitabı "ürəkbulandırıcı","iyrənc" hesab edir və yazarın edam olunmasını təklif edirdi.[4] Kitab 1891-ci ildə yenidən çap olunduqda altı yeni fəsil əlavə olunmuşdu.[5] Əsər ingilis dilində yazılmış yüz ən yaxşı romandan biri seçilib[6] və Oskar Vayldın yayımlanmış tək romanıdır, Azərbaycan dilinə Kamran Nəzirli tərəfindən tərcümə olunub.[7]
Dorian Qreyin portreti | |
---|---|
ing. The Picture of Dorian Gray[1] | |
Müəllif | Oskar Uayld[2] |
Orijinalın dili | ingilis dili |
Ölkələr | |
Orijinalın nəşr ili | 1890, 1891[3] |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Dorian Qrey xalası-xanım Brendonun evində tanınmış rəssam Bazil Holvardla tanış olur. İnanılmaz dərəcədə yaraşıqlı olan Dorian rəssamın diqqətini cəlb edir və rəssam onun bir neçə portretini çəkir. O, bu portretlərdə Dorianı qədim yunan qəhrəmanı və ya mifik bir fiqur olaraq təsvir edir. Çox bəyənilməsinə baxmayaraq əsərini satmaqdan imtina edən Bazil dostu Lord Henriyə şəxsi hisslərini həddən artıq ələ verdiyi üçün portretə qarşı narahatlığını dilə gətirir. Sensasiyalı çıxışları ilə ad qazanmış dostu Lord Henri ilə Dorianın yaxınlaşmasından qısqanclıq duyan Bazil buna mane ola bilmir və Henrinin Doriana təsiri get-gedə güclənir. Dorian isə portretinin özündən fərqli olaraq həmişə gənc və yaraşıqlı qalacağını düşündükcə ona ikrah duymağa başlayır və portreti gizlədir. Ancaq hadisələr başqa yöndə davam edir.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.